«İsrail öz sərhədlərində İranın hərbi iştirakına dözməyəcək» - Netenyahu

Dərc olunub: 23/11/2017 - 22:52

benyamin-netanyahu«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin Baş naziri Binyamin Netenyahu bəyan edib ki, ölkəsi öz sərhədləri boyunca İranın hərbi iştirakına dözməyəcək.

«Biz, dəfələrlə izah etmişik ki, İranın əlində nüvə silahının olması yolverilməzdir və biz, Suriya ilə öz sərhədlərimiz boyunca və ya digər yerlərdə, İranın hərbi iştirakına yol verməyəcəyik. Nəsillərin əməyi sayəsində heç nədən hər şey yaratmışıq. Bütün bunları heçə çevirmək mümkün deyil» – deyə, Netenyahu İsrailin ilk Baş naziri David Ben-Qurionun xətirəsinə həsr olunmuş təntənədə bəyan edib.

İsrail, Suriyanı 10 minlərlə şiə milislərin nəzarəti altında olan və quru, dəniz, hava daimi hərbi bazalarının yerləşdiyi bir pladsdarma çevirməkdə İranı ittiham edir. Yerusəlim bütün bunlara mane olacağını, həm də ehtiyac yaranacağı tədirdə, güc vasitəsilə mane olacağını vəd edir


loading...




Fikrinizi bildirin