Son 65 ildə ilk dəfə Türkiyə prezidenti Yunanıstana səfər edəcək

Dərc olunub: 23/11/2017 - 23:26

erdoganTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana rəsmi səfər etmək niyyətindədir.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, baş nazirin müavini Hakan Çavuşoğlu bunun son 65 ildə Türkiyə liderinin bu ölkəyə ilk səfəri olacağını bildirib.

Rəcəb Tayyib Ərdoğan respublikanın Baş naziri postunda olarkən 2010-cu ildə Afinanı ziyarət etmişdi.

Türkiyə və Yunanıstan arasında indiyə qədər müəyyən gərginlik müşahidə edilir. Bu sıraya Egey dənizi akvatoriyasında və bu rayonun hava məkanında mübahisələr, Kipr məsələsi, həmçinin Ankaranın 2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham etdiyi Fətullah Gülən tərəfdarlarına Afinada sığınacaq verilməsi aiddir.


loading...




Fikrinizi bildirin