«Türkiyə hakimiyyəti Əsədlə danışıqlara gedə bilər» - Ekspert

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Soçidə keçirilən Suriya sammitindən sonra Ankara Suriya Prezidenti Bəşər Əsədlə təmaslara gedə bilər, amma Suriyadakı kürdlərin «Demokratik ittifaq» (PYD) partiyasına yönəlik Türkiyənin sərt münasibəti dəyişməz qalacaq. Çünki Türkiyə bu qruplaşmanı PKK ilə əlaqəli terror təşkilatı hesab edir.

Bu barədə cümə axşamı Türkiyə strateji araşdırmalar Mərkəzinin direktoru Hasan Oktay bəyan edib.

Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan və İran İslam Respublikasının (İİR) Prezidenti Həsən Ruhani Soçidə keçirilmiş sammitin nəticələrinə əsasən, çərşənbə günü bəyanat qəbul ediblər. Bəyanatda, o cümlədən, Suriyada gərginliyin azaldılması üzrə Astana sammiti çəçivəsində başlanmış prosesi davam etdirmək çağırışı yer alıb. Tərəflər terrorçuların tamamilə məhv edilməsi naminə əməkdaşlığı davam etdirəcəklərini təsdiqləyərək, geniş suriyadaxili dialoqu dəstəkləyiblər.

«Soçi sammitinin nəticələrinə görə, belə bir mənzərə yaranır ki, Türkiyə Suriyanın gələcəyində Əsədin iştirakına razılıq verib. Ancaq eyni zamanda, Suriyanın ərazi bütövlüyünün saxlanmasını dəstəkləməklə bərabər, danışıqlarda PYD-yə heç bir status verilməməsini israr edəcək. Hətta, əgər Rusiya və ABŞ PYD mövzusunda razılığa gəlsələr belə, Türkiyə bunu qəbul etməyəcək və mümkündür ki, yaxın gələcəkdə terror problemini ikitərəfli danışıqlar yolu ilə Bəşər Əsədlə birgə həll etməyə cəhd göstərsin» - Oktay bildirib.

O, Soçidə keçirilmiş Suriya danışıqlarının nəticələrini müsbət qiymətləndirib. Ekspertin fikrincə, Suriya üzrə Ankara ilə Moskva arasındakı fikir ayrılığı Rusiya-Türkiyə münasibətlərinə təsir göstərməyəcək.

«Moskva üçün terrorla mübarizə Türkiyəyə vacib olduğu qədər vacibdir. Ankara üçün prioritet - İŞİD və digər terror təşkilatları tərəfindən hücumların qarşısının alınmasından ibarətdir» - deyə, ekspert əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar