ANS-in APARICISI ALMANİYADAN SIĞINACAQ İSTƏDİ - "Mənən intihar etdim"

ANS-in keçmiş aparıcısı Tünzalə Rafiqqızı Almaniyadan sığınacaq istəyib. Musavat.com bildirir ki, aparıcı bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb:

“Əziz dostlar! Son 2 gündə mənə ünvanlanan coxsaylı suallara cavab olaraq, mən Zeynalova Tünzalə Rafiq qızı sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təyziqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib bu hökumətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, mən buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Mən 40 illik həyatımı, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim! Allahdan özümə və mənim vəziyyətimdə olanlara səbr diləyirəm”.

Xatırladaq ki, Tünzalə Rafiqqızı uzun müddət ANS-də redaktor, “Hesab vaxtı” verilişinin aparıcı-müxbiri işləyib. ANS-in efiri bağlandıqdan sonra aparıcı “Space TV”-də xəbər xidmətinin müdir müavini vəzifəsində çalışmışdı. Lakin 3 aydan sonra onun vəzifə səlahiyyətlərinə xitam verilmişdi.

635x100

Şərhlər

Bəhram Qarabağlı 2017-11-24 10:22:03

Nə diləyək? Uğurlar! Anti-türk daşnaqları ilə 12 milyon erməni bütün dünya syasətini dolayıb-sarıyır. 150 milyon türk-azəri və digərinin də dünyaya paylanması heç bir xəta deyil. Düşünürəm ki, sayı artıq 2 milyonu ötmüş Qarabağın qaçqin ailələrinin də (İşğalçıya güclü hərbi dəstək verən) Qardaş Rusiyaya köçməsi çox ədalətli paritet olardı?

t.ədalət 2017-11-24 10:22:03

Xarici ölkələrə sığınmaq adama baş ucalığı gətirmir.Anlamaq olmur ki,bu ANS-çilər nəyə qadir olublar ki,bu qədər özlərindən razıdırlar?Telekanal fəaliyyətinin ilk vaxtından sonunadək bir müxalif mövqe də sərgiləməyib ki,fikirləşəsən ,bəlkə ona görə cəzalanıblar?

G.M 2017-11-24 10:22:03

Dəhşət..Alimin savadlısı,qaynaqçının təcrübəlisi,iş adamının qabiliyətlisi,övladın yaxşısı,Sənətkarın yaxşısı,Jurnalistlərin yaxşıları ölkəni tərk edib gedirlər..Qalırıq siyavuşların,hafizlərin,abutalıbovların ümidinə Allah sən köməy ol bu xalqa,bu Millətə.

REDAKTOR 2017-11-24 10:22:03

Allah koməyin olsun. amma hec olmasa bu dovlətin əlihinə is yapma. Ən yaxsi vətəndas və ya millətimizin numayəndəsi o sayilir ki dovlətə və ya millətə xeyri dəyməsə də hec olmasa ziyani dəyməsin. Bu qədər.

dadaşyev 2017-11-24 10:22:03

Bunda heç bir qəbahət görmürəm,səni tamamilə başa düşürəm,əsla qınamıram.Mən də istəyərdim,amma qoy hələ görək bu kolxoz-molkoz oyununun axırı necə qurtarır.Yolun açıq olsun.Bir ondan rahatam ki,sənin və sənin kimi ağıllı-savadlıların məmləkətdən getməyində zərrə qədər də mən qəbahətli deyiləm,çünki mən özüm də sənin günündəyəm.

dadaşyev 2017-11-24 10:22:03

Biz kişilər siz qadınlara hansı gözəl şərait yaratdıq ki,hələ məmləkətdən də küsüb getməyəsiniz?Kişi deyilən varlıq ilk növbədə vətənini qoruyar,torpaqları qoyuq qaçıb Bakıda şadlıq sarayları tikərək çırtıq çalıb oynamaz,gecələr də Zitanın əmisiarvadı kimi gözləri dombala-dombala dollar paçkalarını saymaz.

patriot 2017-11-24 10:22:03

CENAB G.M SİZ SADALADIĞINIZ İNSANLAR ÖLKENİ TERK EDİRSE , AVTOMATİK OLARAG O ÖLKENİN ADI OLUR AXMAQLAR ÖLKESİ. .

Son yazılar