HƏRBİ XİDMƏTDƏ OLMAYIB, HEÇ VAXT İŞLƏMƏYİB! – Əli Həsənovun nəvəsinin ŞOK anket məlumatları

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda “Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən proses hazırda davam edir.

N.Allahverdiyev məhkəmə iclası keçirilən zala qolu qandallı gətirilib.

Prosesdə zərərçəkmiş Türkiyə vətəndaşları – Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra hadisə zamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri Rauf Səmədov, Ramiz Əsədov, Adil Ocaqverdiyev və Ülviyyə Əliyevanın iclasda iştirak etdiyi açıqlanıb.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, N.Allahverdiyev 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O bildirib ki, evlidir, ali təhsillidir, əvvəllər məhkumluq həyatı yaşamayıb, həbs olunana qədər işləməyib və hərbi xidmətdə olmayıb.

N.Allahverdiyevin vəkilləri iclasda heç bir vəsatət vermək istəmədiklərini söyləyib.

Məhkəmənin baxış iclası dekabrın 1-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyevprospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, – birgə rəsmi məlumatda bildirilib.

635x100

Şərhlər

o.b.n 2017-11-24 12:49:54

Oğul dayının yolu ilə gedər.Yahşıki orduda olmayıb.

sual 2017-11-24 12:49:54

hansısa məmur belə bir müraciət etmişdi:"hərbi xidmətdə olmayanlara qız verməyin."O,hansı məmur idi?Mən xatırlamıram

Kamil 2017-11-24 12:49:54

Əcaib suallar verirlər.Bir bunu evləndirən valideyin tüfeyli həyata qurşanmış oğlunun gələcək talei ilə maraqlanmamış nəyə arxayın olub evləndirib? Bəs buna öz qızını verən ? Yəqin babalarının rüşvəti, qayınatasının vəzifəsi onları kor edib. Bura gəlmələrin əməllərindən bədbəxt hala düşmü AZərbaycandır.

sual 2017-11-24 12:49:54

hansısa məmur belə bir müraciət etmişdi:"hərbi xidmətdə olmayanlara qız verməyin."O,hansı məmur idi?!

Vətədaş 2017-11-24 12:49:54

Baş nazirin nəvəsi və xidmət rəisinin kürəkəni niyə hərbi xidmət keçməlidir və işləməlidir?

ERMƏNI-XAIES XİSLƏTİ: 2017-11-24 12:49:54

ORTADA YEYIB QIRAGDA GEZMEK...

Famil 2017-11-24 12:49:54

Bunlar və belələri bu vətəni,bu torpağı qorumaq yox zəli kimi qanını soormaq, var-dövlətini, xalqın pulunu oğurlamağı bacarırlar.

Roma 2017-11-24 12:49:54

Bəla burasındadır ki, bütün belə neqativ hallar (avtoşou, avtoqəza, hansısa bir yazıq sürücünü döymək, hərbidən yayınmaq və s. və i.)ancaq müəyyən bir böyük qəzalarda və ya buna oxşar bir vəziyyətdə üzə çıxır. Ancaq, kasıba-imkansıza əl tutmaq, Vətənin keşyində durmaq (hərbiçi kimi)və s. bu kimi hallar insana mənəvi dəyərlər gətirər. Təəssüf ki, indi mən deyənlərə, inanın ki, çoxusu dodaq büzür.

G.M 2017-11-24 12:49:54

Mən Hakim olsaydım birinci sualı belə qoyardım..Müttəhim N.Allahverdiyev,deyin görüm sizi təqsirsiz hesab edib,bu zaldan azad etsəydilər,sizi meşşanlığa sürükləyən, bura düşməyinizə baiskar olanın əsil kimliyini anlayıb,onu bağışlardınızmı.

G.M 2017-11-24 12:49:54

Fikrini tam aydin izah ede bilersenmi?

dadaşyev 2017-11-24 12:49:54

Müstəqil dövlət əgər gəncdirsə Gürcüstandakı kimi hökümət də qoca yox,gənc olmalıdır ki,hökümət üzvlərinin övladları hələ balaca olsunlar,nəvə-nəticə sahibi olmalarına isə çox qalmış olsun ki,övladları nəvə-nəticələri 24 yaşında tüfeyli həyat sürərək,savaş olan ölkədə əsgərlik görməyərək,işləmədən Gelendevagenlərdə kef çəkə-çəkə yaşayaraq sonunda atalarının,babalarının adlarına nöqsan gətirməsinlər.Əsası isə,ac millət pardaxsifət və pambıq cücə kimi mamlimatan oğlanları görərək qəzəblənməsin.

Eliyar 2017-11-24 12:49:54

Her 3 aydan bir eziyyet cekib esger yanina getmekdense birdefelik saxlatdiribda burda ne varki.hemdeki bu esgerlikde olsa leletepede olmayacaqdiki ele getmemesi yaxsidi

Aqil 2017-11-24 12:49:54

Bir atalar sözü yada düşür: "Yaxşə oğul dayısına oxşar.Yəni dayısı kimi o da hərbdən anlamaz. Çünki Əli Həsənov da orduda xidmət etməyib....

Son yazılar