"Qoca"ya görə həbs edilən polkovnikin yerinə TƏYİNAT

Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Konvoy Taboruna yeni rəis təyin edilib.

Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general –mayoru Ceyhun Həsənovun əmri ilə Azad Maşanov Penitensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib. Azad Maşanov bundan qabaq Penitensiar Xidmətin Alayının Qərargah rəisi olub.

Qeyd edək ki, Penitensiar Xidmətin Konvoy Taborunun komandiri ədliyyə polkovnik–leytenantı Bəhruz Abdullayev bir müddət bundan qabaq qaçan dustaqlara görə vəzifəsindən azad edilərək həbs olunub. /ucnoqta.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar