“FƏRARİYƏ QIZ VERMƏYİN...” - Əli Həsənovun "analoqsuz" özünüifşası...

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda “Gelandawagen” markalı avtomobil ilə qəza törətmiş Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. N.Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir.

Bügünkü məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, N.Allahverdiyev 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O bildirib ki, evlidir, ali təhsillidir, əvvəllər məhkumluq həyatı yaşamayıb, həbs olunana qədər işləməyib və hərbi xidmətdə olmayıb. Heç vaxt işləməyən, hərbi xidmətdə olmayan bu gənc, dəyəri yüzminlərlə ölçülən bahalı avtomobildə avtoxuliqanlıq edərkən qəza törədib, 2 nəfərin ölümünə, daha ikisinin isə ağır yaralanmasına səbəb olub.

Xatırlatmaq yerinə düşər ki, Əli Həsənov əslən Füzuli rayonundandır. O Füzulidən ki, elə nail Allahverdiyev anadan olan ili ermənilər tərəfindən işğal olunub və bu gün də düşmən tapdağı altındadır. 20 ildən artıqdır baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutan və məhz qaçqınların hesabına oliqarxa çevrilən Əli Həsənov isə nəvəsini hərbi xidmətə göndərmək əvəzinə Bakıda harınlatmaq yolunu tutub. Halbuki, bu riyakar adam, çox da uzaq olmayan keçmişdə - elə bu ilin mart ayında belə bir açıqlama ilkə çıxış etmişdi: “Bu gün elə dövrə gəlib çatmışıq ki, yalnız milli ruhda böyümək kifayət etmir. 2014-cü ildə məcburi köçkün uşaqlarının hərbi təhsil alması ilə bağlı araşdırma apardıq və nəticədə xoşagəlməz mənzərə ilə qarşılaşdıq. Bütün işğal olunmuş rayonlardan hərbi ali məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə məruzə edərək nəticələrin aradan qaldırmaq üçün icazə istədik. Təhsil Nazirliyi ilə birlikdə görüş keçirildi. Hətta məcburi köçkün ailələrinə müraciət etdim ki, hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin. Sənin torpaqların işğal olunubsa və sən hərbi təhsil almaq istəməyib fərarilik edirsənsə, bu, yolverilməzdir. Türkiyədə vətənpərvərlik sevgisi çox böyükdür. Odur ki, gözəl nümunə yanımızdadır. Bu gün ölkədə fərariliyin səviyyəsi aşağı düşüb. Ən qeyrətli və vicdanlı oğullarımız şəhid olur”.

Ə.Həsənovun bu açıqlamasından cəmi bir neçə ay sonra məlum oldu ki, şəhid olan və olmağı göz önünə alan “qeyrətli və vicdanlı” oğullar arasında, nə işdisə onun öz yaxınları yoxdur. Üstəlik, başqalarına hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməməyi tövsiyyə edən Əli Həsənov, özünün harın və fərari nəvəsinə hətta bir general qızını almaq həvəsinə də düşüb və buna nail olub. Bu 23 yaşlı fərari və harın gəncin qayınatası isə, Azərbaycan dövlətinin sərhədlərinin müdafiəsindən sorumlu olan DSX rəisindən bir başqası deyil...

Belə riyakar, xalqdan uzaq, milləti və dövləti qazanc mənbəyi kimi görən adamların yuxarı başlarda oturduğu bir ölkə öz torpaqlarını işğaldan azad edə bilərmi?...

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Cavad 2017-11-24 15:50:38

Belə .... vəzifəyə gətirən və vəzifədə saxlayanlarda da az gwnah yoxdur. Deməli onlara belələri sərf edir.

Dadasyeve 2017-11-24 15:50:38

Men qacqin deyilem amma qacqin dostlarim var. qacqinlara torpagini qoyub qacdigini demek ucun gerek o veziyyeti gormek lazimdi.ne qederi ailelerini analarini bacilarini qardaslarini itirib yetim kimsesiz elil qaliblar. rusiyadan dunya qorxur onlar ne etmeliydilerki olmeliydi hamisi.adi bir zelzele olan kimi qacib tez stolun altinda gizlenirsiz.sen o gunleri gormemisen her halda esgerliyini de buralarada cekmisenki bele boyuk boyuk danisirsan

Əli Həsənova 2017-11-24 15:50:38

İndiki yüksək vəzifəlilər deyir ki,biz deyəni edin,biz elədiklərimizlə işiniz olmasın.

Oqtay 2017-11-24 15:50:38

Çox maraqlıdır bunun nəyinə aşiq olublar hansı fövqəl bacarığına bunu itirmirlər Azərbaycanda başqa beləsi yoxdumu ?Niyə buna görə dövlətimizi gözdən salırlar özüdə ki iki əlli yapışıb vəzifədən nə görübsə əl çəkmir

Vətən OĞLU 2017-11-24 15:50:38

Əgər axmaq insan anlasa ki,o axmaqdır-onda o dərhal ağıllı olar

G.M 2017-11-24 15:50:38

Allah insanların aurasını,sir-sifətini elə nəzmə çəkir ki,onu tanımaqda əziyyət çəkməyəsən.Qaçqınkomun sahibinin dediklərinə qulaq verməkdən,vaxt itirməkdənsə onun sir-sifətinə ötəri nəzər salmaq kifayət edər ki,hacıbalasifətin yalanlarına inanmayasan.İnanıram ki,yaxın gələcəkdə bunun özünün də məhkəmədə ``intervusuna`` şahid olacağıq..Qaçqının çörəkpuluna,ev tikintisinə ayrılan pulların QALİNVAGEN-ə çevirilib kasıb-kusubun küçədə qanına qəltan etməsinə aydınlıq o zaman gələcək.

oxucu 2017-11-24 15:50:38

Yazı müəllifinə səmimi təşəkkürlər! Riyakarların saxta vətənpərvərlik maskasını çıxardıb onları xalqa tanıtdırmaq indiki zamanda fədəkarlıq nümunəsidir. Bu saxtakarlar bilmirlər ki, ən yaxşı tərbiyə şəxsi nümunədir. Bu cür saxtakarlıqlarla, yalançı bəlağətlə milləti tərbiyə etmək olmaz. Bir daha müəllifə oxucu təşəkkürü!

Nazim 2017-11-24 15:50:38

Mahkamaya verilen malimat yalandir. Onun navalari QacqinKomda fontda isleyir. Nailde isleyirdi. 203 nomra ila gelirdi.

Mirzə AĞ 2017-11-24 15:50:38

Bəs bilmirsən, molla deyib: "Dediklərimi eləyin, elədikləirmi eləmıyin"

ARİF 2017-11-24 15:50:38

GÖRƏSƏN TORPAQLARIMIZ GERİ QAYTARILSA ƏLİ HƏSƏNOV ÖZ DOĞMACA EVİNƏ DÖNƏR?

dadaşyev 2017-11-24 15:50:38

Qaçqınkomda yeyilib dağıdılan milyardlar bir yana,hər qaçqına, qoyub qaçdığı rayondan əlavə qalan 5-10 rayonun da sosial kartını verdirəndə və bunu 20 il ərzində görməzlikdən gələnlər olanda bunun nəvəsi qudurmayıb neyləməlidi?SSRİ kimi dünyaya meydan oxuyan dövlətin hər bir idarəsində bir əmziyini tapıb cecəyini soran,o boyda dövlətin anasını tikib iqtisadi cəhətdən böyrü üstə yıxmağı bacaran bu qoca kompartbilet kütləsinin caynağına keçmiş Azərbaycan vaay!

əli 2017-11-24 15:50:38

Bu ölkənin hərbi komisarından soruşmaq lazımdır ki niyə bu 23 yaşında Murovda əsgərlikdə deyil? Belə işləyirsiniz siz?

selim 2017-11-24 15:50:38

Bu baş verənlərdən hamımızın xəbəri var amma məmurların xəbərləri yoxdur.Çox qəribə analoqu olmayan inkişaf etmiş bir ölkədə yaşayırıq.Nə olaydı ABŞ-da heyvanlara olan qayğı,ölkəmizdə insanlara olaydı.Animal Planet TV-yə bax.

Ehmed 2017-11-24 15:50:38

Sag olun Rasim Eliyev,hemde cox sag olun,herden bele yazilari oxuyanda fikirlewirsen ki,elin yerden goyden uzulduyu bir mekanda yixilsanda olar.

Həqiqi hərbi xidmətdə olan Əsgər 2017-11-24 15:50:38

Hansı nazirin, icra başçısının, yüksək vəzifəli məmurların ( hətta sıravilərinin ) evladları orduda həqiqi xidmətdə olub? Ən yaxşı halda bəzilərininki formal olaraq hərbi hissəyə yazdırılıb,amma evində oturub.Hətta təhsilini davam etdiriblər. Vaxtıyetişəndə iə hrbi biletlə təmin olunublar. ( guya həqiqi hərbi xidmət keçiblər ) Əgər onlardan soruşan olsa hansı hərbi hissədə.harada xidmət etdiklərini,hansı silahı öyrəndiyini deyə bilməzlər.

Millət 2017-11-24 15:50:38

Niyə bu məsləhəti Qaçqınkom Elçin Quliyevə verməyib?

ABDULQADIR- RASIM ELIYEVE 2017-11-24 15:50:38

YUMRUQ KIMI ,,PROTIVNI MORDA,,LARIN ÜZÜNE CHIRPDIGINIZ MEQALENIZE GÖRE TESHEKKÜRLER.DAVAMI GELSIN.

zaur 2017-11-24 15:50:38

qaşqın neynir e hərbi təhsili hazır ... hökumətdən ...pulu (əgər yerli camaatın 90 faizi dolanmağa cətinlik çəkirsə o çörək pulu yox....) alırlar da!!!

HEQIQET 2017-11-24 15:50:38

Hakimiyyetde en yuksek vezifeli rehber memurlarin arvadlari ermenidir, hetta bir rehber - rutbeli memurun anasi ermenidir. Bunlarin hamisini VERBOVKA edib Kreml.

Cəmşid İrzaquliyev 2017-11-24 15:50:38

Hər bir kişi məmur və nazir ola bilər. Lakin bu kateqoriyadan olan hər adam da şəxsiyyət ola bilməz. Şəxsiyyət olan kəsin başqa əlamətlərini demirəm, o söylədiyi fikirlərdə də müdrik olmalıdır. Qaldı ki, Əli Həsənovun əsgər getməyənlərə qız verilməsin deməsinə, sanıram o bu fikiri öz kateqoriyasından olan qız sahiblərinə şamil etməyib. Bu uzun illərin məmur özfəaliyyətliliyinin, törətdikləri əməllərə görə məsuliyyət daşımamalarının və bütün bunlara rəğmən də cəzalandırılmamalarının nəticəsidir. Onlar o həddə harınladılar ki, artıq Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlara belə məhəl qoymadılar. Belələrindən biri də, Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəyə görə onları himayə edir. Hansı ki, yeddi aylıq istintaqdan sonra hadisə ilə bağlı altı aydan artıqdır sürən məhkəmə iclaslarında qondarma şahidlərin və ilkin istintaqın "təqsirkar" bildiyi şəxsin ifadələri tamami ilə ziddiyət təşkil edib. Bu da əsil cinayətkarın başqası olduğunu bir daha sübut etmiş olur. Lakin Vasif İmanovun vəzifəsindən istifadə edib, bütün kanalları susdurmağa səy göstərməsi və yüzlərlə edilmiş müraciətlərə rəğmən, (cinayət tərəfi bir yana?). hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi etdikləri qeyri insani hərəkətlərdən dolayı, hayla vəzifələrində saxlaması və qeyd etdiyim kimi onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır və həyasızlıqdır. Hətta Vasif İmanov 14.08.2017-ci il tarixdə məhkəməyə ilk dəfə ifadə üçün çağırılan Manaf Manafovun "təhlükəsizliyini" təmin etmək üçün, məhkəmə zalına polis, prokrorluq, icra, JEK işçilərindən ibarət bir ordu adam göndərmişdir. Onlar bu əşkiya sayağı hərəkətiləri ilə, dövlətin ən ali qurumlarından biri oılan məhkəmə və ədliyyənin nüfuzuna kölgə düşürmüş oldular. Qeyd etdiyimiz kimi, bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər. Onlarla bağlı son qərar artıq ölkə başçısınındır. Görünən o ki, söz artıq kar salmadı.. Bu isə yaxşı əlamət deyil.

dadaweve 2017-11-24 15:50:38

sen balaca bir olkeni qacqinlara ,kockunlere ,erazalara ve qehraman wirvanlilara bolursen de gorum sen hansi cebhede doyuwmusen,hec olmasa хозвзводда slujit elemisenmi?By binavalarinmi gunahidi onlari yerinden yurdundan didergin, kocgun saliblar,sen Bakida ne qayrirsan ki,onlar senin yerini dar eyleyibler,get wirvaninda qarpizini sula,azerbaycan butun azeri turkuyem deyenlerindi,ister afrikada,isterde avstraliyada olsun.

Dadawwteyne 2017-11-24 15:50:38

dadawbala, besdi de, yordun milleti,by sabunlu yazilarini biraz az ele.

Qacqinnan dadasyeve 2017-11-24 15:50:38

Dadasyev aprelde konullu olaraq gederdin muharibeye dusmenle vurusardin 2 gullede sen atardin oturmusan bakida cammata meslehet veerirsen

Dadasyeve 2017-11-24 15:50:38

Ukrayna kimi boyuk dovlet indiki dovrde rusiyadan oz erazilerini qoruya bilmedi 90ci illerde ayaz mutellimovla rehim qaziyevle 80% torpagimizi qorumusuqsa bunada wukur.o insanlar ne qeder gucleri catibsa vurusublar.silahlari ellerinnen yigilmis insanlarin ancaq gucu buna catib yenede onlar qehremandilar.doyus bolgesinde olan dusmenle uz uze gelen patronlara qenaet eleye eleye vurusan biler bunlari ancaq

dadaşyev 2017-11-24 15:50:38

dadaşyevə yazana;bir də,"qaçqınkom" sözünün özündə var "qaç" feli.Yəni nə et?Qaç.Komitənin adı "qaçmayankom" deyil ki."Qaçqınkom"du da.Mən qoymamışam ki o adı.Qaçıblar ki qoyublar da adı.Nə deyək bəs?"Uçankom"?"TorpaqlarıSatıbGələnkom"?"Dədə-babaTorpaqlarıYadlarınaDüşməyənkom"?Bakı paytaxtdı,sakitdi,mal-qara yox,daş-kəsək yox,eləmi?Mənim babalarımın sümükləri yoxdu ki o torpaqlarda,sənin babalarının sümükləri var,səni daha çox çəkməlidi o torpaqlar,amma buyur,heç əsgərliyə getməyib bu.Gelendvagendə gəzir.

Azərbaycanlı 2017-11-24 15:50:38

Görəsən möhtərəm Prezidentin Əli Həsənovun oyunlarından xəbəri varmı? Varsa,iyə onu orada saxlayır? Yoxsa niyə ətrafı onu düz məlumatlandırmır? Hər iki halda millət və dövlət büdcəsi ziyana gedir.Bu isə ölkəyə və millətə zərbədir.

agamil 2017-11-24 15:50:38

G.M- shəri ilə tam raziyam

ilqar 2017-11-24 15:50:38

dadasyev cox duz yzib her bir insanin qururu olmalidi rus harani aldisa oradada sinin kimiler var ona goredi

Ilqara 2017-11-24 15:50:38

Ay bedbext mexluq sen ne bilirsenki muharibe nedi sulh nedi siyaset nedi.sen get qus ucurt

dadawwteyne 2017-11-24 15:50:38

senin o "kamil" aglina onu catdirmaq isteyirem ki, (eyer catacaqsa)men serhed bolgesinde yawamiwam muharibenin waqqa-waraq vaxtinda,bir"qrad" mermisinin sesi gelende 3-5 yawli uwaqlarimiz hardasa balaca bir hasarin arxasinda gizlenib ata deye bagiranda sen wirvanda qarpiz sulayirdin.sen yaxwi bilirsen ki,butun by belalar hardan ve kimlerden gelib by bineva millletin bawina,yaxwisi odur sus, dilini qoy dabanina.

dadaşyev 2017-11-24 15:50:38

Qaçqınkomda çox güclü yoxlama aparmaq lazımdır,bittə-bittə yoxlamaq lazımdır oranı.Lap əvvəlcə ondan başlamaq lazımdır ki,həmən-həmən hər qaçqına niyə bir deyil,5,8,12 kart verilib.Eyni vaxtda eyni insan həm şuşalı,həm kəlbəcərli,həm ağdərəli,həm zəngilanlı ola bilməz axı,qaçan vaxt hansı rayonda qeydiyyatda olubsa o rayonun kartını almalıdır.Bəzi məlumatlara görə,hətta ölülərin də adına kartlar varmış.Belə bir yoxlama olacağını indidən duyub bəziləri,elə bu saytdaca şivən qoparmağa başlayıblar.Xeyri yoxdu.

ilqara 2017-11-24 15:50:38

sen qariwdirdin Wemseddini Goyceni,werhinin etini yeyesen,ogulbala yazmagi oyren,12 iki + senin derraken nece eleyir ogulbala?Конечно 12 tam onda 25.

dadaşyev 2017-11-24 15:50:38

dadaşyevə yazana:Qoyub qaçmaq bəlkə ayıb olmazdı, amma qoyub qaçıb paytaxtda,sakit şəhərdə xalqın halal sərvətini çırpışdıra-çırpışdıra Gelendvageblərdə,Hammerlərdə,BMV-X6-larda mənşəyi bəlli olmayan civilərnən kef çəkmək torpağı işğal altında olana ayıbdır.Millət qınıyanda belələrini qınayır,kasıb-kusubla heç kimin işi yoxdu.Kasıb bədbəxt Bakıda da kasıbdı,Qazaxda da,Lənkəranda da,Nikaraquada da.Qoyub qaçmaq məsələsi türklərin də dilindədi,get gör buna görə bizi necə qınayırlar.

dadaşyev 2017-11-24 15:50:38

dadaşyeve yazana:Xeyr, nə ölməliydilər,nə də qoyub qaçmalıydılar.Arvad-uşağı,qocaları çıxardıb,özləri qayıdıb partizanlıq etməliydilər.Hitler Belorusiyanı alanda yüz minlərlə belarus cavanı silahlara sarılıb meşələrdə 4 il partizanlıq eləmədilərmi?Ruslar çeçenləri əzəndə çeçenlər dağlara qalxıb illərlə savaşmadılarmı?Əfqanlar düz 40 ildir dağlarda savaşmırlarmı?Savaşıb qırıla-qırıla o boyda Soveti çıxarmadılarmı torpaqlarından?Qoyub qaçıblar deməyim,qoymayıb qaçıblar deyim,yoxsa qoyub qaçmayıblar?

ilqar 2017-11-24 15:50:38

senin yazilarina baxiram serhetde yasayan yaltaq torpaqi verenlerle senin qanin eynidi qaldi mene bedenimde duz 12 iki qelpe indi de var qusu deyen sizinkiler cox ucurub cunki hec bir insan burada ele yazmayiblar

ilqar 2017-11-24 15:50:38

ay ferari sen hec olmasa danisma usaqlar hasarin dibinde qalidi bos danisma yeqin sen o hasarin yaninda olansan indi boyumusen

SUAL 2017-11-24 15:50:38

... NIYE bu KORRUPSIONERI MESULIYYETE CELB ETMIR ????? XEBERI varmi olkede tuqyan olunan DEREBEYLIKDEN?????

Rayonlu 2017-11-24 15:50:38

Aye hara gessen aye ay dadasyev bakililara girmekle hara gessen.bize qalan rayon camaati olacaq baki avropadi artiq ..

Əjdər 2017-11-24 15:50:38

QAÇQINLARIN PAYINI YEYƏN ÖVLADLARTINA MİLYONLAR BƏLKƏ DƏ 100 MİLYONLAQR ÖĞURLAYAN BU MƏMURU NECƏ OLDU Kİ VƏZİFƏDƏ SAXLADILAR? QANUN VARSA HAMI ÜÇÜN QANUN OLMALIDIR. QANUN ELƏ YETİM-YESİRLƏR ÜÇÜNDÜRMÜ

dadaşyev 2017-11-24 15:50:38

Səbəbi nə olur olsun,düşmən qabağından qaçmaq bütün dünya xalqları üçün əskiklik,namərdlik sayılır.Bizdə isə əksinə,süfrə başında oturduldular.Əlbəttə,öz torpaqlarının həsrətiylə qovrularaq narazılıq dalğası yaratmamaları üçün ilk etapta onların yağla,balla,qaymaqla gen-bol bəslədilməsi mütləq idi.Amma proses uzun getdi deyə,onlardan olub onlar boyda olan övladları indi heç təsəvvürlərinə belə gətirəmmirlər oralar necə yerdisə,elə bilirlər dədə-babadan elə bakılı olublar.Onlar artıq qaçqın-unutqunlardı.

dadaşyev 2017-11-24 15:50:38

Həqiqətən çox super yazıdır.Rasim müəllimə xüsusi təşəkkürlər yoldaş dadaşyevdən.Sükanı belə saxla.

muzaffar 2017-11-24 15:50:38

Həsənov family-nin yaxın qohumudur,beynəlmiləl(ER) ailədir,aydındır nə deyirəm, vəzifəsi yağlıdır. ora göz tikənlər sifarışli yazı yazdırırlar!O bu hökümətdəki hansı nazirdən daha korrupsionerdir? Sadəcə indiyə qədər gaçqınlara ayrılan 10 milyard dollarla bütün qaçqınlara ev tikmək olardı. Hökumətə görə, bu rəqəm 25 faizdir! Yəni ən azı 5-6 milyard yeyilib. Belə milyardları bütün nazırlər yeyib, hansını vəzifədən çıxardıblar ki,qaldı Ə.Həsənov!bunların istefası PAKET halında ola bilər,o da yatmış XALQDAN!

Son yazılar