98 qadın erməni girovluğundadır - RƏSMİ

“Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (AQUPDK) Hicran Hüseynova “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda deyib.

H. Hüseynova qeyd edib ki, münaqişə nəticəsində 265 qadın itkin düşüb: “98 qadın isə hələ girov kimi qeydiyyatdadır. Onların taleyi bizi çox narahat edir”.

635x100

Şərhlər

t.ədalət 2017-11-24 15:58:49

Həmin əsirləri,şübhəsiz ki rus hərbiçiləri götürüb.Yadımdadır,Şuşanın işğalı zamanı əsirlikdən xilas olanlar deyirdilər ki,Şuşanın işğalı zamanı küçədə görünən hərbiçilərin əksəriyyəti rus zabitləri idi.Onlar əsir düşən qadın və uşaqlara olmazın əzabın verirdilər.Xususilə,azərbaycanlı əsirlər hərbiçilərin rus olduğunu hiss edən kimi onları dərhal qətlə yetirirdilər.Təəssüf və min təəssüf ki hələ də bu məlum həqiqəti bilə-bilə Vətənimizə xəyanət edən məmurlar var...

Arif Qədimov. 2017-11-24 15:58:49

Üzünüz ağ olsun ! Yastığı qoyun başınızın altina yatın. Lavrov onları sizə qaytaracaq. ......Axı siz məmursunuz və millət də sizdən nicat gözləyir. Çox ayıblar !!!

Son yazılar