“2015-2016-cı illərdə Azərbaycanda 43 qadın qətlə yetirilib” – ABŞ səfirinin müavini

Dərc olunub: 24/11/2017 - 16:29

qadinlara-ve-qizlara-qarshi-zorakiliga-son-konfrans-5“Azərbaycanda da qadınlara və qızlara qarşı zorakılıq edilir. Azərbaycanda 2015-2016-cı illərdə qadınlara qarşı zorakılıqla bağlı 1688 hal baş verib, nəticədə 43 qadın qətlə yetirilib”.

APA-nın xəbərinə görə, bunu ABŞ səfirinin müavini Uilyam Gill “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda deyib.

Zorakılığın qaçılmaz hal olduğunu vurğulayan ABŞ səfirinin müavini qeyd edib ki, dünyada hər 3 qadından biri zorakılıqla üzləşir.


loading...




Fikrinizi bildirin