Puçdemonun partiyası müstəqillik mübarizəsindən imtina etdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kataloniyanın Avropa Demokratik Partiyası muxtariyyətin İspaniyadan ayrılması cəhdlərindən imtina edib. Bu barədə Kataloniyanın sabiq başçısı Karles Puçdemonun patiyasının spikeri Marta Paskal xəbər verib.

Puçdemonun partiyası Sol Respublikaçılar partiyası ilə məsləhətləşmələrdən sonra, Madridlə danışıqları dəstəklədiyini bəyan edib.

Bu təşəbbüslə siyasətçilər «çoxlarının dəstəyinə ümid edirlər» - deyə, İspan nəşrləri Puçdemonun nümayəndəsindən sitat gətirirlər.

Xatırladaq ki, Puçdemonla birikdə, Kataloniya hakimiyyəti İspanya mərkəzi hakimiyyəti tərəfindən öz vəzifələrindən oktyabrın 27-də, bölgə parlamenti tərəfindən Kataloniyanın müstəqilliyi elan olunan kimi, dərhal kənarlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar