Tütündən istifadə qadağasını pozanlara qarşı yeni cəzalar hazırlanıb

Dərc olunub: 24/11/2017 - 16:49

milli-meclis-6Tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin məhdudlaşdırılması qaydalarını pozanlara qarşı cəzalar ağırlaşdırılır.

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 212.2-ci, 522-ci və daha bir neçə maddələrinə əlavə və dəyişikliklər layihəsi hazırlanıb.

Dəyişikliklərə əsasən, tütündən istifadənin qadağan olunduğu yerlərdə, o cümlədən tütündən istifadə ilə bağlı təşkilatlar qarşısında qoyulan şərtlərlə bağlı yeni cərimə cəzaları təklif olunur.

Cəzalar 250 manatdan 1000 manata qədər cərimələri əhatə edir.

Qeyd edək ki, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsindən irəli gələrək İnzibati Xətalar Məcəlləsinə bu ilin iyun ayının 5-də komitələrin birgə iclasında əlavə və dəyişikliklər qəbul olunaraq plenar iclasa tövsiyə olunub. Hazırkı dəyişikliklər ötən sessiya komitələrin birgə iclaslarında irəli sürülən cərimələrə əlavə və dəyişikliklərdir. Tütün məmulatları ilə bağlı məcəlləyə edilən bütün dəyişikliklərin sessiyanın sonunadək müzakirəyə çıxarılması gözlənilir.


loading...




Fikrinizi bildirin