“Aqrolizinq”də nöqsanlar aşkar edilib

“Aqrolizinq” ASC-nin regional nümayəndəliyinin fəaliyyətində nöqsanlar aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirliyin müvafiq əmrinə əsasən “Aqrolizinq” ASC-nin Sabirabad Regional nümayəndəliyinin 1 iyul 2015-ci il tarixdən 4 iyul 2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin daxili auditi aparılıb. Audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib.

Müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar