"Tramp bundan sonra YPG-yə silah verməyəcəklərini konkret bəyan etdi"

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bundan sonra Suriyadakı kürd qruplaşması YPG-yə silah verməyəcəklərini bəyan edib.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bunu telefon danışığında iştirak etmiş xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Hörmətli Tramp konkret şəkildə təlimat verdi və bundan sonra YPG-yə silah göndərilməyəcəyini söylədi. O bildirdi ki, əslində buna daha öncə son qoymaq lazım idi", - deyə o, vurğulayıb.

R. T. Ərdoğan isə iki ölkə arasındakı viza probleminin tam aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar