Azərbaycan prezidentinin Belçikaya işgüzar səfəri başa çatıb

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.

APA-nın xəbərinə görə, prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxış edib.

Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası başa çatandan sonra birgə foto çəkdirilib. Sonda dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib.

Bununla da prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri başa çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar