«Suriya kürdlərinə silah göndərilməsini dayandırmışıq» - Tramp Ərdoğana

Dərc olunub: 24/11/2017 - 21:50

630_360_1492474239-7112-tramp-erdogan«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp telefonla Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğanı inandırmağa çalışıb ki, ABŞ artıq Suriya kürdlərinə silah göndərilməsini dayandırmaq barədə qərar qəbul edib.

Bu barədə cümə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Bundan əvvəl Ərdoğan ABŞ-ın Suriyada hərbi iştirakını artırmasını pisləmişdi. Prezident söyləmişdi ki, Vaşinqton Suriya kürdlərinin «özünümüdafiə qüvvələri»nə (YPG) «nəinki silahla, həm də personalla» kömək edir.

Türkiyə lideri qeyd etmişdi ki, ABŞ-ın gələcək planlarını telefon danışığının gedişində Trampla müzakirə etmək istərdi.

«Prezident Tramp telefon danışığının gedişi zamanı Ərdoğanı əmin etməyə çalışıb ki, YPG-yə silah göndərilməsini dayandırmaq barədə göstəriş verib. Onun sözlərinə görə, bu axmaqlığa hələ xeyli əvvəl son qoymaq lazım idi. Biz, bu qərarı alqışlayırıq və tezliklə reallaşdırılmasını izləyəcəyik» – deyə, Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında bildirib.


loading...




Fikrinizi bildirin