"Peugeot" və "Citroen" avtomobilləri geri çağırılıb

"Pejo Sitroen Rus" şirkəti Rusiyada 6 mindən çox "Peugeot" və "Citroen" avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə baqaj qapısının amortizasiyasında və şüşətəmizləyicinin elektromühərrikinin ventilyasiyasında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin martından 2016-cı ilin aprelinədək Rusiyada satılmış "Citroen C4 Aircross" və "Peugeot 4008" modellərinə şamil olunur.

Qeyd olunur ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar