SOCAR-ın Gürcüstanı təbii qazla təminatında problem yaranıb

ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi olan “SOCAR Georgia Gas” şirkəti tərəfindən Acarıstan Muxtar Respublikasının təbii qazla təminatı məhdudlaşdırılıb.

APA-nın Gürcüstan bürosu şirkətə istinadən xəbər verir ki, bu gün Azərbaycandan mavi yanacağın tədarükündə yaranmış texniki problem və hava şəraitinin pisləşməsi ilə əlaqədar Acarıstanda 32 min abunəçinin qazla təminatı dayandırılıb.

“SOCAR Georgia Gas” şirkəti mövcud problemlərin aradan qaldırılması istiqamətində işlər aparır. Abunəçilərin qazla təminatı sabah səhər saat 10:00-dan etibarən tədricən bərpa olunacaq.

Sosial səhifələrdə paylaş

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar