Ankarada öldürülən rus səfirin qətlində yenilik - Telekanal prodüseri həbs olundu

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən Türkiyənin TRT Avaz telekanalında "Eko Ava"z proqramının sabiq prodüseri, Guru Medya nəşriyyat qrupunun rəhbəri H.E. həbs edilib.

Trend-in məlumatına görə, saxlanılan sabiq prodüser Anakarada məhkəmə binasına gətirilib və "Qəsdən qətl təşkil etmək" ittihamı üzrə onun həbsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki sabiq səfiri A.Karlov ötən il dekabrın 19-da Ankarada fotosərgidə çıxışı zamanı güllələnib. Səfiri öldürən Mövlud Altıntaş təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar