“NAZİRİMİZİN BİR NEÇƏ NƏFƏRLƏ "RAZBORKASI" OLACAQ...” - MTN generalı

Hazırda həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror mərkəzinin sabiq rəisi general Elçin Quliyev sonuncu məhkəmə prosesində rezonansa səbəb olan etirafda bulunub. General vaxtilə onun idarəsi tərəfindən həbs edilmiş və bu yaxınlarda bəraət alan Mətləb Mustafayev barəsində danışarkən bildirib ki, bu həbsi nazir Eldar Mahmudov ona sifariş edib: “Özü prokurorluqla razılaşıb. Mən də onun evinə silah qoyub, həbs etmişəm”.

perviz1MTN-nin Anti-terror Mərkəzinin vaxtilə şərlədiyi şəxslərdən biri də Gununsesi.info saytının rəhbəri Pərviz Həşimlidir. Qeyd edək ki, həmkarımızın həbsinin ilk günlərindən ona qarşı ittihamların saxta və qurama olmasını yerli və beynəlxalq qurumlar bəyan edib. Nüfuzlu Amnesty İnternational təşklatı onu vicdan məhbusu elan edib.

Məhkəmə prosesində Pərviz Həşimlinin günahsızlığı üzə çıxsa da ancaq ona 8 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.Bəs Pərviz Həşimli Elçin Quliyevin onunla bağlı da belə bir etirafda bulunmasını gözləyirmi?

“Yeni Müsavat”a açıqlamasında Pərviz Həşimli həbsinin ilk aylarında Elçin Quliyevlə hər gün söhbət etdiyini deyib: “İlk kabinetinə daxil olarkən, “gördün, torbanı necə tikdim” deyə bildirmişdi. O, mənə açıq deyirdi ki, bizimlə razılaşıb, verəcəyin ifadələrdən sonra nazirimin bir neçə adamla “razborkası” olacaq. Məni inandırmağa çalışırdı ki, onlar istəməyincə heç zaman azadlığa çıxa bilməyəcəm. Hələ istintaq dönəmində Elçin Quliyev mənə bildirdi ki, səni Qaradağın daş karxanalarının tozunda boğub, istisində yandıracam. Mən İlqar Əliyevə də ona da dedim ki, bir gün qanun qarşısında cavab verəcəksiniz. Bu zaman oturduğu kreslodan durub, yanıma gəldi və əlini kürəyimə qoyub “Bu ölkədə həbs edən də, azad edən də bizik” deyə bildirdi”.

Pərviz Həşimli deyir ki, Elçin Quliyev və digər şəxslər Eldar Mahmudovun tamahkar maraqlarının qurbanıdır: “Bu adamlar Eldar Mahmudova arxayın olub, özlərini cəzasızlıq mühitində hiss ediblər. Bu gün isə onlar qurban gedir. Əsl məsuliyyət sahibi Eldar Mahmudovdur. Mən Eldar Mahmudovu qudası Cahangir Hacıyevdən ibrət götürməyə çağırıram. O, məhkəməsində Beynəlxalq Bankın həbs edilən işçilərini və digər şəxsləri göstərərək, demişdi ki, bunları buraxın, bütün cəzaları mənə kəsin. Eldar Mahmudov da bunu etməli idi”.

635x100

Şərhlər

Mətbuatla maraqlanan 2017-11-25 12:25:35

Ay Elçin Quliyev yaxşı tutaq ki Eldar Mahmudov sənə zakaz verdi ki, get filənkəsin evinə silah qoy onu tutaq,mənim ondan xoşum gəlmir.AY BİZİM 20 %torpaqlarımızın işğal altında olan bir ölkənin general-mayoru axı sən bunu etməməliydin.necə yəni mənə nazir zakaz verib.Bunu heç 5 ci sinif şagirdi eləməz.Bəlkə bu başqa insanlara da dərs olar.Ay insanlar zalımlığın axırı yoxdur.belə insanların axırı çox zaman faciə ilə bitir

G.M 2017-11-25 12:25:35

Azərbaycanda bir dəb düçmüşdü..Kimsə oğurluq-doğurluq bir ``qazanc`` yeri düzəldirdisə adını qoyurdu bura guya ki ``xanımındı``..Kim ki,özbaşınalıq edirdi deyirdi mən filankəsin adamıyam..kimsə küllü miqdarda rüşvət alırdı,əlini kreslonun başındakı şəkilə uzadıb deyirdi ki,``bu yuxarı`` çatacaq.Zənnimcə bütün bunların araşdırılması vaxtı çatıb.Bağ evlərinin zirzəmilərindəki ``bağlamaların`` müsadirə olması zamanı yaxınlaşır.

TALİS 2017-11-25 12:25:35

PƏRVİZ HƏSİMLİ. İNANİN TAM MƏSULİYYƏTLƏ DEMƏ OLAR Kİ BU NƏ JURNALİSTDİ NƏ DƏ Kİ CURNALİST. BİNİ NƏYƏ GƏRƏ HƏBSDƏN AZAD EDİBLƏR HƏLƏ DƏ COX MARAQLİDİR. O Kİ QALDİ BİNİN SOYLƏDİKLƏRİNƏ Kİ HƏBS EDƏNDƏ BİZİK AZAD EDƏN DƏ BAX ELƏ BİNİN SƏVİYYƏSİNİ GOSDƏRƏN ƏN BOYUK AMİL BİDİ. NECƏ YƏNİ BİZİK. BİNİNLA OZUNU CURNALİST KİMİ TƏQDİM ETMƏK İSDƏYƏN BU BİNƏVA GUYA MTN QARSİ NOVBƏTİ İTTİHAM İRƏL SURMƏYƏ CALİSİR. AMMA UNUDUR Kİ, HƏSİMLİ POYEZD USOL.SƏN CALİS GƏLƏCƏK GUNLƏRİN HAQQİNDA FİKİRLƏS. AXİ CAVANSAN. BƏSDİ XUBA.

Jurnalist 2017-11-25 12:25:35

Aydın məsələdir ki, bir adamı tutmazdan əvvəl əməliyatçı baş prokurorluqla məsləhətləşəndən sonra lazımi yerə silah qoyub adamı tutur. Elçin Quliyev gərək hər nə idisə baş prokuroriuqla aralarında olan bu siri açıb deməyəydi.

Son yazılar