Ölkəni tərk edən xanım aparıcılar... - Əksəri ANS-in keçmiş işçiləridir

ANS-in keçmiş aparıcısı Tünzalə Rafiqqızı Almaniyadan sığınacaq istəyib. Bu barədə ötən gün aparıcının özü “Facebook” səhifəsində məlumat yayıb: “Əziz dostlar! Son 2 gündə mənə ünvanlanan coxsaylı suallara cavab olaraq, mən Zeynalova Tünzalə Rafiq qızı sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib bu hökumətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, mən buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Mən 40 illik həyatımı, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim! Allahdan özümə və mənim vəziyyətimdə olanlara səbr diləyirəm”.

Xatırladaq ki, Tünzalə Rafiqqızı uzun müddət ANS-də redaktor, “Hesab vaxtı” verilişinin aparıcı-müxbiri işləyib. ANS-in efiri bağlandıqdan sonra aparıcı “Space TV”-də xəbər xidmətinin müdir müavini vəzifəsində çalışmışdı. Lakin 3 aydan sonra onun vəzifə səlahiyyətlərinə xitam verilmişdi.

Image result for Tünzalə Rafiqqızı

Qeyd edək ki, son aylarda bir-birinin ardınca bir neçə xanım aparıcı ölkəni tərk edib. Onların ölkəni tərk etmə səbəbləri isə müxtəlifdir. Məsələn, 3 ay öncə ANS-in qalmaqallı aparıcısı Qənirə Ataşova Amerika Birləşmiş Ştatlarına (ABŞ) köçdü. Teleaparıcı sosial şəbəkədə məlumat yayaraq ABŞ-a köçməsini bu ölkədə təhsil alması ilə bağlı olduğunu bildirmişdi.

Image result for Elnarə Təhməzova

Onun ardınca isə ANS-in digər keçmiş aparıcısı Elnarə Təhməzova da ölkəni tərk edərək İngiltərəyə köçdü. Aparıcı ölkəni hansı səbəbdən tərk etdiyini açıqlamayıb. Xatırladaq ki, E.Təhməzova 2011-15-ci illər ərzində ANS-in tanınmış simalarından biri olub. Zamanında “İncə maraqlar” verilişinin aparıcısı olan E.Təhməzova həmin verilişdəki hicab qalmaqalına görə şirkətdən qovulmuşdu.

Image result for Nigar Mahmudova

ANS-in gözəl simalarından biri olan Nigar Mahmudova da son vaxtlarda ölkəni tərk edən xanım aparıcıların siyahısındadır. Qeyd edək ki, əsl peşəsi modelyer və rəssam olan N.Mahmudova jurnalist fəaliyyətinə ANS-in efirində başlamışdı. O, 2016-cı ilə qədər adıçəkilən televiziyada ”Düz bucaq", “Salam Azərbaycan”, “Səhər” və “Xəbərçi” verilişlərinin aparıcısı olmuşdu. Məlum səbəbdən ANS şirkəti bağlanıldıqdan sonra N.Mahmudova heç bir televiziya ekranında görünmədi. Bir neçə ay öncə isə onun ölkəni tərk edərək birdəfəlik Türkiyəyə köçdüyü məlum oldu.

Related image

Teleaparıcı Aynur Talıbova da bir müddət öncə ABŞ-a köçüb.

635x100

Şərhlər

MURəddin 2017-11-25 12:31:51

BUNLARA NƏ EDƏN VAR Kİ? ELƏ İŞDƏN ÇIXARILAN KİMİ VƏTƏNİ ATIB GEDİRLƏR? SADƏCƏ SÖZÜ BİR YERƏ QOYUB ƏLLƏRİNƏ DÜŞƏN ŞANSDAN İSTİFADƏ EDİRLƏR.GEDİB ORDA ARTİSLİK EDƏCƏKLƏR Kİ, BİZİ ÖLDÜRÜRDÜLƏR GÜCLƏ QQAÇIB CANIMIZI QURTARMIŞIQ. ƏSLİNDƏ AZƏRBAYCANIN BUNLARDAN CANI QURTARIR ....BUNALR. APARICI YOX, TAMADA İDİ.

Vahid 2017-11-25 12:31:51

Ans yegane kanal idi xalqln söznü deyirdi onsuzda men ans baglannan hec bir kanala baxmıram hamslnl bagladıb türk kanallarına baglram ne vaxt ans aclacaq mende onda azerbaycan kanallarına baxacam

Mirzə AĞ 2017-11-25 12:31:51

Milçək şirəyə uçar...

dadaşyev 2017-11-25 12:31:51

Heyif,heyif və çox heyif.ANS kanalı rəhbərlərinin məddahlığına sürüklənməsinə baxmayaraq bu bir fakt idi ki,hər evin ilk baxılan kanalıydı zamanında.Və bu xanımlar da hər birimizin doğması kimi olmuşdu.Ən çox da Elnarə xanım xoşuma gəlirdi.Köhnə Bakımın,əziz Bakımın şirin-şəkər qızlarını xatırladırdı deyə.Hamısı uçub getdi.Bir də çətin qayıdalar.Təəssüf!

Son yazılar