Ermənistanın daha bir hərbçisi öldü

Erməni silahlı birləşmələrinin əsgəri xidmət vaxtı qəfil ölüb.

Trend-in məlumatına görə, bu barədə erməni saytları məlumat yayıb. Məlumatda bildirilir ki, 24 noyabr saat 10 radələrində Vanadzordakı hərbi hissədə erməni əsgəri qəfldən ölüb.

Erməni əsgərin sağlamlığı kəskin şəkildə pisləşib və Vanadzor hərbi hospitalına apararkən yolda ölüb.

Ölən Lori vilayətinin Şaumyan kənd sakini 36 yaşlı Qarnik Petrosyandır. O, keçmiş polisdir, sonralar hərbi hissədə xidmətini davam edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar