Boksçu bir yumruğa öldü - VİDEO

Salvadorda keçirilən beynəlxalq boks turnirində ölüm baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki, “El Pantera” ləqəbəli Fransisko Ruiz rəqibi Rikardo Kortezdən sərt yumruq zərbəsi alaraq nokauta düşüb.

Boksçu ayağa qalxmaq istəsə də özündə olmayıb. Hakim matçı dayandırıb və dərhal həkimlər çağırılıb. Ruiz ilkin müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.

Lakin xəstəxanada beyin cərrahiyəsi olmadığı üçün boksçunu əməliyyat etmək mümkün olmayıb və Ruiz orada dünyasını dəyişib.

Ruizin yaxınlarının xəstəxana haqqında məhkəməyə şikayət edəcəyi bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar