"AZƏRPOÇT"un BAŞ DİREKTORU NİYƏ İŞDƏN ÇIXARILDI? - Onu kimin bacısı oğlu əvəz edir?

"Azərpoçt” MMC-nin baş direktoru, bəstəkar Eldar Mansurovun oğlu Ülvi Mansurovun işdən çıxması ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. APA-nın MMC-dəki mənbəyə istinadən bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.

"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib”, - deyə, mənbə vurğulayıb. Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.

"Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, Ü.Mansurov “Azərpoçt" MMC-yə bu ilin mart ayının 31-də rəhbər təyin edilib. Amma bu 8 ay ərzində “Azərpoçt” MMC-nin rəsmi veb-səhifəsində rəhbər şəxslər arasında Ü.Mansurovun adı olmayıb. Qurumun rəsmi saytında baş direktorun vəzifəsinin Sübhan Kazımovun icra etdiyi göstərilib.

trend_ramin_guluzade_040716_02

Qeyd edək ki, bununla bağlı "AzPolitika.info" hələ may ayının əvvəlində məlumat vermişdi

AzPolitika.info”nu məlumatlandıran mənbə həmçinin qeyd etmişdi ki,  Ülvi Mansurov 2012-ci ildən 2015-ci ilə qədər “Bank Technique” İdarə Heyətinin sədri vəzifəsində işləyib: "O, 2015-ci ildən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib. Onu bu vəzifəyə Cahangir Hacıyevdən sonra Beynəlxalq Banka qısa müddət rəhbərlik etmiş Elmar Mənmədovun gətirdiyi xəbəri yayılmışdı. Elə görünür onunla bərabər də bankdan uzaqlaşdırılıb.

Mənbənin sözlərinə görə, Ülvi Mansurov vəzifədən xüsusi maddə ilə çıxarılıb. Hansı ki, bu maddə onun müəyyən müddət rəhbər vəzifə tutmasını qadağan edir. Bu üzdən də Ülvi Mansurov “Azərpoçt” MMC-nin Baş direktoru təyin olunsa da, rəsmi olaraq vəzifəsinin icrasına başlaya bilmir".

O ki qaldı, hazırda direktorun səlahiyyətlərini icra etdiyi deyilən Sübhan Kazımova, o  da necə deyərlər, "yad dam" deyil.  S.Kazımov baş nazirin müavini Əli Əhmədovun bacısı oğludur.  Musavat.com-un məlumatına görə, Əli Əhmədovun bacısı oğlunun yüksək posta gətirilməsinə səbəb sabiq nazir Əli Abbasov olub.

S. Kazımov 2002-ci ildə “Azərpoçt” MMC-də texniki şöbənin rəisi olsa da, Əli Abbasov nazir  təyin olunduqdan (2004) az müddət sonra o, “Azərpoçt” MMC-nin baş direktor müavini olub.

Qeyd edək ki, məlum hadisələrlə bağlı  ictimaiyyət arasında daha çox Rabitə Nazirliyi adlanan bu qurumun rəhbərliyində təmsil olunanların əksəriyyəti işdən çıxarılıb, bir hissəsi hətta həbsə alınsa da, S. Kazımova toxunulmayıb. Halbuki "Rabit işində" ən çox qanunsuzluqların baş verdiyi qurumlardan biri kimi məhz  “Azərpoçt” MMC-nin adı hallanırdı. Bu şirkətin sabiq baş direktoru Qəmbər Bəybalayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.  Qəmbər Bəybalayev ötən ay başa çatan “Rabitə işi” adlanan məhkəmədə korrupsiya və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

Ancaq qəribə də olsa, Qəmbər Bəybalayev həbs olunana qədər ona müavinlik etmiş (2004-cü ildən) Sübhan Kazımov nəinki işdən çıxarıklıb, hətta hazırda Baş direktorun vəzifəsini icra edir.

Ü.Mansurovun işdən niyə çıxarıldığı haqda hələlik rəsmi məlumat yoxdur. Bir ay bundan əvvəl ərizə yazan baş direktorun niyə indi işdən çıxdığı xəbərinin yayılması da bu işlə bağlı suallardan biridir.

Ancaq bu fakt Azərbaycanda bir çox sahələrdə kadr siyasətinin nə ədər acınacaqlı vəziyyətdə olduğunu əyani göstərir. Təyinatların şəxslərin fəaliyyətinə, əvvəlki işlərdəki nəticələrinə görə deyil, hansısa maraqlar daxilində baş tutduğunu təsdiqləyir. Hər halda Rabitə Nazirliyinin əsas strukturlarından birinə “Baş direktor” təyinatı həyata keçirilərkən, Ülvi Mansurova rəsmən vəzifə tutmağın qadağan edilməsinin nəzərə alınmaması belə düşünməyə əsas verir.

M.Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Əliyarın şərhinə münasibət 2017-11-27 16:40:24

Hər bir Nazirlikdə qohumbazdıq münasibətilə kadr siyasəti aparılıbsa,o nazirlikdə əmək və icra intizamı çox aşağı səviyyədə yerinə yetirilir. Bundan başqa həmin nazirlikdə dövlət vəsaitinin qanunvericiliklə öz təyinatı üzrə xərclənməsindən söhbət belə gedə bilməz,çünki qohumluq münasibətləri cinayətin üstünün açılıb ciddi tədbir görülməsinə maneçilik yaradır və örtbasdır olunur.Buna misal olaraq qeyd etmək istəyirəm ki,son illər MTN-nin çetesi ilə əlaqədar olaraq Rabitə Nazirliyində talan olunmuş Milyonları

VƏTƏNDAŞ 2017-11-27 16:40:24

Hörmətlı Ülvi muəllim .hec olmazsa bu yaziq bayram bilmeyen 150 manata işləyən poctalyonların .əməliyyatçıların maaşıni artirıb sonra cixardiniz.Üğurlar sizə

Oqtay 2017-11-27 16:40:24

Mən bunun yerinə olsam çıxmaram otur yerində heçnədən qorxub eləmə ye bir qıraqdan onsuzda tutub eləyən yoxdur tutulanda da yediyindən bir az gətir qaytar vəssalam Səndən qabaqkılara bax milyonlar yedilər qəpik quruş qaytarıb aradan çıxdılar.Gözəl nümunədir butun vəzıfəlilər üçün

Əlosət Ağayev 2017-11-27 16:40:24

Bu suala cavab vernəyə nə var ki? Əli əhmədovun baçısı oğlu Tank Sübhan olan yerdə, kimin nə hünəri var ki, Baş ditektor olsun. Axı azərbaycanda, kadrlar bilik və bacarığına görə yox, ancaq və ancaq yuxarıda dayısı olanları və yaxşı pulu olanları təyin edirlər. Amma Sovet dövründə bu cür kadr siyadəti qadağan edilirdi. Məhz öz məqsədlırini həyata keçirmək məqsədi ilə, bunlar özlərini müstəqil elan etdilər. Elə o gündən biz yazıq milləti ağlar günə qoydular. Buyurun. Bu da sizə müstəqillik.

Resad 2017-11-27 16:40:24

Bu olkenin .... kim nece istiyir ele de edir

Nazim 2017-11-27 16:40:24

Bu da her yeri batırır, işden qovulur.

G.M 2017-11-27 16:40:24

Mətbuat Katibinin xəbəri yoxdursa deməli,Azərpoçtun rəhbəri hələlik işdən çıxsa da oyundan çıxmayıb.Ya da ki,abutalıbov kimi işdən çıxması haqqında yalan şayə yaydırıb ki,``Yuxarıların`` münasibətindən xəbərdar olsun...İndiyədək bu məmləkətdə hansı bir fırıldaq olmuyub ki,məmurlar onunla məşğul olmasınlar..

Rafail 2017-11-27 16:40:24

Əlinin,digəri Siyavuşun o biri Fəzailin və sair qohumlarını yüksək vəzifələrə təyin etmək bir yana,hələ həmin kadrların ənəlləri də ort-basdır edilir.Belə cəmiyyətdə yaşamaq nə qədər demokratiyadan xəbər verir.AXı Əli Əhmədovun özü belə tutduğu vəzifəyə layiq kadr deyil....

REDAKTOR 2017-11-27 16:40:24

ƏLİ ƏHMƏDOVUN İLİC CAVAD OĞLU ƏLİYEV ADİNDA TAM DOĞMA BİR QARDASİ VAR İDİ. ALLAH RƏHMƏT ETSİN. COX NƏCİB BİR İNSANDİ. UZUN İLLƏR SİBİRDƏ TURMƏ HƏYATİ YASAMİSDİ. 2003--ĞU İLDƏN BASLAYARAQ OLƏNƏ KİMİ REAKSİYAMİZİN ƏN HORMƏTLİ İNSANİ OLUB. ONUN COX QƏRİBƏ DNİSİQLARİ VƏ ZƏNGİN MƏLUMATLARİ VARDİ. ƏSASƏN HAZİRA DƏMİR YOLU YAP SƏDRİ AKİF MURADVERDİYEVİN ƏN YAXİN QAHİNİ OLAN XEYRULLADAN, VAĞZAL RƏİSİ İLYASDAN VƏ BİR DƏ AZƏRPOCTUN RƏİSİ QƏMBƏRLƏ BAĞLİ. HƏLƏ MƏN BACİSİ OĞLUNDAN DANİSMİRAM.

Eliyar 2017-11-27 16:40:24

Rusvete geldikde butun dunyada rusvet var bunun kokunu kesmek mumkun deyil avropada bizdende coxdu.bizim olkemizin sabitliyi herbirimiz ucun geleceyimiz ucun rusvetdende onemlidi.belkede dunyada yegane olkeyikki terror tehlukemiz yoxdu bununda esas sebebi ulu onderimizin israille cox duzgun six elaqeler yaratmasidi esrin muqavilesinde BPin payidi. butun bunlar bizim tehlukesizliyimiz ucun edilib.naraziciliqlar hemise var olacaqda ancaq bunlarida unutmamaliyiq

Adəm Peçkin 2017-11-27 16:40:24

"Yarım" papaqçıdan "Kamil" palançı yaxşıdır. SSRİdə peşə yox, siyasət önəmli idi. Səriştəli təsadüfən, əlaqəsinə görə və vəzifəyə "tilov"da qoyulur. Bəzən dərya balığı kimi kullanılır və "tilov" bayıra ətrafı ilə atılır. Bu zəngin "Kit"i də saflığa çıxarır. Ögey-özƏl münasibət təkcə minlərlə Qarabağ mücahidini dəf-məhv etsə də, 30 ildə bircə işğalçını belə mühakimə etməyib. Hər bölmə və nazirlikdə əsl aparıcı işçilər var. Kənardan təyinat işə biganəliklə digər marağın da təzahürü deyilmi?

Yapci 2017-11-27 16:40:24

Eliyar duz qeyd edirsen 90 ci illerin milli meclisi siqaret tustusunnen dumanli albiona benzeyirdi heyder eliyev geldi siyasi medeniyyet oyretdi onlara allah ona rehmet elesin

Eliyar 2017-11-27 16:40:24

Hami qohumbazliqdan yerlibazliqdan danisir seher sizide bir vezifeye qoysalar sizde qohum eqrebani yigacaqsiz ora. burda qeyri adi hecne yoxdu.adi bir sobe reisi gelen kimi qohumlarini yigir ora ferqi yoxdu hansi rayonnan olur olsun emek nazirliyine baxin orda kimler isleyir en cox.yaxudda ayaz mutellimovun vaxtinda bakida hami belinde tapanca gezirdi.haci ebdul esas soz sahibiydi azerbaycanda milli meclisde anektod danisirdi hergun.bugunumuze sukur

poçtalyon 2017-11-27 16:40:24

ay Ulvi muəllim heçolmasabizim 150 manatliq maaşımızı artirib gederdiniz

Elyarın şərhinə münasibət. 2017-11-27 16:40:24

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən Azəraycan gündən-günə inkişaf edir.Cənab Prezidentimiz gecə-gündüz çalışırki xalqımız firavan yaşasın,ancaq Prezidentimizin Sərəncamı ilə təyin olunan Nazirlər və İcra Başçıları öz xidmətləri ilə Prezidentimizin etimadını doğrultmaq əvəzinə özləri üçün Villalar və kommersiya obyektləri tikdirməklə məşğul olurlar və əhalini dövlətdən narazı salmağa "kiçik padşahlar" şərait yaradırlar.Yoxlama aparıl

Analitik 2017-11-27 16:40:24

Bu (xususile son sherhler) adama bir nov resmi iclaslari ve kechmish dovlet paradlarindaki memur chixishlarini xatirlatdi.. )) Tehlukesizlik terefi yaxshi.. Amma, eyni zamanda imkansiz tebeqeni, onun guzaranini da fikirleshmek lazimdi.. Deyirsiniz filankesler milyonlar elde edibler, bes bunun qarshisinda mevacibleri hech olmazsa 200-300 m. artirmaq bele chetin ish idi? ki! Neche ilden bir cuzi (20-50 m.) elavelerle faktiki teminat olmurdu axi..

Rabitəçi 2017-11-27 16:40:24

Elə Əli Əhmədovun özünün də Baş nazir müavini postuna gətirilməsi müəyyən maraqların nəticəsidir.Axı onun bu işlərdən nə ixtisas.nə təcrübə baxımından heç bir əlaqəsi olmadığı halda təyin edilib. Bacısı oğlunun isə Rabitə nazirliyində at oynatması birbaşa Əli Əhmədovun onu himayə etməsi nəticəsində baş verir.

Son yazılar