4 MƏHKUM ÖLDÜ - "1-i intihar edib, 3-ü isə..."

Pentensiar-768x362Bakıda 1 məhkum intihar edib, 3-ü isə xəstəlikdən ölüb

Bakıda məhkum intihar edib.

APA-nın xəbərinə görə, hadisə Qobustan həbsxanasında qeydə alınıb. Orada cəza çəkən 1981-ci il təvəllüdlü Elşad Teyyub oğlu Kərimov kamerada özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. E. Kərimov üç maddə üzrə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilibmiş

Bundan başqa, son günlər 3 məhkum xəstəlikdən dünyasını dəyişib. Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılanlar – İlham Muradov, Mədət İbrahimov və İlham Məmmədov xəstəlikdən vəfat ediblər.

635x100

Şərhlər

G.M 2017-11-27 11:57:58

Allah heç bəndəsinin yolunu ora salmasın.Həbsxanayla müəyyən qədər məlumatlı olduğum üçün nahaqdan həbsxalaya düşməyi düşmənimə də arzulamıram.Lakin elə tiplər də var ki,sanki zindan üçün doğulublar.

Kamandar 2017-11-27 11:57:58

..intihara mecbur etdiler..Allah rehmet elesin

Son yazılar