"MƏN BU ÖLKƏNİN GENERALIYAM, BELƏ OLMAZ!" - Elçin Quliyev bəraət istəyir 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə Azər Mehdiyev son sözlə çıxış edərək günahsız olduğunu deyib: "Məni bir Maqsud Mahmudovun işinə görə tutublar. Həni  epizodda mənim günahım yoxdur. Barəmdə bəraət hökmü çıxarılmalıdır".

General Elçin Quliyev isə çıxışında kəskin danışmayıb: "Məni  siqaret satanlara görə tutub gətirmisiniz. Mənim nə qədər nailiyyətlərim olub. Gəncə, "Sovetski" hadisələrində ciddi xidmətlərim olub.  Güclü əməliyyatlarım olub, hamısı da uğurla nəticələnib. Belə olmaz. Mən ölkənin generalıyam. Heç bir günahım yoxdur. Bəraət istəyirəm". O, çıxışında bir dəfə də olsun keçmiş rəhbərinin adını çəkməyib.

Daha sonra hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə çıxıb. Hökmün elanı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, dövlət ittihamçısı Elçin Quliyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin rütbələrinin alınması və əmlaklarının zərərçəkənin xeyrinə müsadirə edilməsini, təqsirləndirilən şəxslər tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə və zərərçəkənlərə vurulan ziyanın tam ödənilməsini istəyib.

Prokuror DTX-ya vurulan 7 milyon manatdan artıq ziyanın ödənilməsini tələb edib. Bundan başqa, zərərçəkənlərə vurulan 500 min manatdan artıq ziyanın ödənilməsi istənilib.

Xatırladaq ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

635x100

Şərhlər

G.M 2017-11-27 13:35:36

Görün ki,Elçin Quliyev ,Eldar Mahmudovun və başqa ``generalların`` hansı günahlarından xəbərdardı ki,onlara baxanda özünü günahsız sayır.Bu nə dəhşətdir...günü-gündən yaltaqlıq,xəyanətkarlıq,yalan şüarlar artır və onların da kölgəsində milli-mənəvi dəyərlər korlanır...hələ nə qədər mühakimə olunası ``generallar`` sürüsü var Allah bilir.

vetendash 2017-11-27 13:35:36

Harda aciqladi o shok cinayeti? Mahmudov niye bes coldedi. Istintaqda bu geniralin bir teqsiride subuta yetirilmeyib. Allah hec kesi shere salmasin. Neylesinler bir misal vare yuxari tupurursen biq, asaqa tupurursen saqqal.

Mirzoyev Emil 2017-11-27 13:35:36

Elçin Quliyev isə çıxışında kəskin danışmayıb: “Məni siqaret satanlara görə tutub gətirmisiniz. Mənim nə qədər nailiyyətlərim olub. Gəncə, “Sovetski” hadisələrində ciddi xidmətlərim olub. Bu adam orada ne edib ki? Nilen var? Aksiyalri dagidib?

G M ya 2017-11-27 13:35:36

G M sen kimin....? mtnnen bu qeder abijni qalmisan?

Nargiz 2017-11-27 13:35:36

Indi qarabagda vuruwanlari hebs edirler daaa,

Son yazılar