Madaqaskarda 202 nəfər taunun qurbanı olub

Madaqaskarda avqustun 1-dən noyabrın 22-dək taun xəstəliyindən azı 202 nəfər ölüb.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Təşkilatın xəbərində bildirilir ki, əlavə olaraq ağciyər taunuyla bağlı 341, həmçinin xəstəliyin qeyri-müəyyən tipi ilə əlaqədar 215 fakt məlum olub.

Madaqaskarın Səhiyyə Nazirliyi bu dövrdə 2348 xəstəliyə yoluxma faktı barədə bildirib. Onlardan 202-i ölümlə nəticələnib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar