Göyçayda minik avtomobili ilə yük maşını toqquşub

Qezada-sinmish-padpres-180912Göyçayda minik və yük avtomobilləri toqquşub, ağır xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində, rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

“VAZ 2107” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində Göyçayın Birinci Ərəb kənd sakinləri, 1991-ci il təvəllüdlü Hacıyev Sadiq Əvəz oğlu, 1983-cü il təvəllüdlü Eyyubov Asiman Ələmdar oğlu, Ucarın Lək kənd sakini, 1964-cü il təvəllüdlü Əhmədov Ağamir Səftər oğlu ağır bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralılardan ikisi reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar