İraq prezidenti Kərkükə səfər edib

İraq prezidenti Fuad Masum bölgədə baş verən hadisələrdən sonra ilk dəfə Kərkük əyalətinə səfər edib.

İran KİV-ləri xəbər verir ki, o, bu ziyarət çərçivəsində İraqın şimalındakı kürd muxtariyyəti ilə Kərkük arasında yaşanan problemləri müzakirə etmək niyyətindədir.

F.Masum bundan əvvəl İraqın şimalına səfər edərək Bağdad mərkəzli hakimiyyətlə muxtariyyət arasındakı problemlərin həllinin müzakirələr yolu ilə həllinin tərəfdarı olduğunu bildirmişdi.

Qeyd edək ki, F.Masum milliyyətcə kürd etnik qrupunun nümayəndəsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar