BAKI RUSİYANIN YENİ SƏFİRİNİ QƏBUL ETMƏDİ! - Moskva qərarını dəyişdi

Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Onun sözlərinə görə, mətbuatda adı hallanan Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır.

"Bildiyim qədəri ilə yeni səfir hazırda MDB ölkələrindən birində səfir vəzifəsini tutan diplomat olacaq. Qabaqcadan həmin şəxsin adını açıqlamaq istəmirəm", - deyə Dövlət Dumasının komitə sədri bildirib.

Qeyd edək ki, bu il iyulun 5-də Rusiya KİV Dövlət Dumasının Azərbaycanda səfir vəzifəsinə Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin namizədliyini təsdiqlədiyini yazıb.

Bu günlərdə yayılan qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, Azərbaycan G. Zuyevin səfir təyin olunması üçün aqreman verməyib.

***

Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb. Bu barədə virtualaz.org-a Rusiyanın Xarici İşlər Nazirliyindəki mənbələrdən bildirilib.

Qeyd edək ki, diplomatik qaydalara əsasən, səfirin təyinatından əvvəl qəbul edən tərəfdən aqreman- etimadnamə verilməsinə ilkin razılıq istənilir.

Azərbaycan Georgi Zuyevlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə aqreman verməkdən imtina edib. Virtualaz.org-a məlum olub ki, bu, Georgi Zuyevin qatı ermənipərəst mövqeyi ilə bağlıdır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Vladimir Doroxini bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Bundan dərhal sonra məlum olub ki, onu bu postda Rusiya Xarici İşlər Nazirliyi Kadrlar departamentinin direktor müavini vəzifəsində çalışan Georgi Zuyevlə əvəz etmək istəyirlər. Yeri gəlmişkən, o da bəlli olub ki, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfir kimi G.Zuyevin namizədliyini hələ iyulun əvvəlində təsdiqləyibmiş...

635x100

Şərhlər

AAgahuseyn 2017-11-28 15:01:00

Məncə b Zuyev vaxtıyla Bakının Qaradaq rayonunda İspalkomun müavini sonra Baki şəh.ticarət idarəsi rəisinin 1-ci ZYVA QALİNA Abramovanın oqludur sonra Qalina atasının adını dəyişib ABDULLA qoydu.ƏRi Xəxər dənizi Admiralı və Puqacovun yaxın dostu iydi.Qalina bu dostluqdan bəhrələnib bu postları tutmuşdu.Bu 1975-1990-cı illərdə olmuşdur.

G.M 2017-11-28 15:01:00

Ən qorxulusu odur ki,Putin ter-Petrosiyanı bizə Səfir göndərə.Artur Pəsizadənin ``turş xiyar`` misalı hamının yadındadı.Neçə aydır ki,Putinin yaxasından orden asdığı Azərbaycan ziyalıları haqqında ``qara`` fikirlər keçir beynimdən.Görəsən bu nə mükafatdır.Tarixən Ruslar onların siyasətini sevənləri mükafatlandırıblar.

AAgahuseynə sual 2017-11-28 15:01:00

Necə olub ki,Z.Qalina 70-ci illərdə Bakıda at oynada bilib? O illərdə biz erməni evlərində kirayədə yaşayırqıq.Həmin illərdə ermənilərə hər yerdə yaşil işiq yandırılırdı,biz türkləri isə sıxma-boğmaya salırdılar. Yaxşı olar ki, cənablar Siz bu reallıqlardan danışın.Keçmişi unutmayın.

Quliyev ELxan Sarı o. 2017-11-28 15:01:00

Putin ermənipərəst Georgi Zuyevi Azərbaycana yeni səfir təyin etməklə Azərbaycana münasibətini bildirdi.Putinlərə və onun bu kimi nümayəndələrinə inanmır, XOCALI qırğınını da unutmuram.

Eliyar 2017-11-28 15:01:00

Azerbaycan kimi kicik bir dovletin musteqil siyaset aparmagi ozu boyuk nailliyietdi.bizim bextimiz birce orda getirmiyibki rusiya kimi neheng dovlet bizim qonsumuzdu yoxsa daha tez ve daha cox inkisaf ederdik.siyasi sabitlik ozu bir servetdi bunu ancaq heyder eliyev siyaseti temin eliye bilerdi eledide 90ci illerde haci ebdulnnen ayaz mutellimovla bu mumkun deyildi herenin elinde bir tapanca avtomat seherde camaatla paintbol bol oynuyurdular ele bil kim xoslarina gelmirdi yaxsi salam vermirdi ayazin adamiyiq deyib silah cixarirdilar o gunleri unutmayin

Oqtay 2017-11-28 15:01:00

Güya ermənipərəst olanda nə olasıdır ki?Gəlib öz gözləri ilə görərdi nə var nə yox başa düşüb fikrini dəyişərdi buda olardı bizim kiçicik qələbə. Bu günə kimi ermənipərəs olmayıb nə olubdur ki?

t.edalete 2017-11-28 15:01:00

A muellim, hemde gurultulu ve surekli alqiwa!Спакойной ночи,muellim.

Quliyev Elxan Sarı o. 2017-11-28 15:01:00

Erməni tulaları və bu kimiləri Bakıda azıydımı?...

Letif 2017-11-28 15:01:00

Ne qaderki rusyaperest qüvveler azerbaycanda at oynadır putin hetda kocaryanı sefir göndere biler odurki bu qorxaq hakimyete 9 milyonluq xalq demekden yorulubki sen türkiye ve pakistan hakimyetible dotluk et hetda hakimyete türk ya pakistanlı qoyun budur bizim dostlarmızda qardaşlarmızda

t.ədalət 2017-11-28 15:01:00

Nə yaxşı ki bu putinçi ermənipərəst təhlükəni ölkəmizə buraxmadılar.Dövlətimizin bu mövqeyi alqışa layiqdir.

Son yazılar