Okinava sakinləri ABŞ hərbçilərinin adadan çıxarılmasını tələb edirlər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyanın Okinava prefektliyinin qanunverici məclisi çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarının (ABŞ) dəniz piyadalarının ərazidən çıxarılması və yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş (qəzanın sərxoş ABŞ əsgəri tərəfindən törədildiyi ehtimal olunur) yaponiyalının ailəsinə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edib. Məclis, uyğun tələblə ABŞ-ın bu ölkədəki səfiri Uilyam Hagertiyə və Baş nazir Sindzo Abeyə məktub göndərib.

Bundan əvvəl xəbər verilmişdi ki, noyabrın 19-da Naha şəhərində ABŞ-a məxsus hərbi yük maşını yerli sakinin balaca yük maşını ilə toqquşub və nəticədə, yaponiyalı sürücü həlak olub. Bildirilir ki, bu, ABŞ əsgəri tərəfindən törədilmiş yeganə hadisə deyil və hər dəfə də prefektlik hakimiyyəti Yaponiya hökumətindən və Vaşinqtondan ABŞ ordusunun ərazidən çıxarılmasını tələb edir.

«Amerika tərəfinə qəti mövqedən yanaşmaq lazımdır» - deyə, Okinava qanunvericiləri qeyd edərək, buradakı ABŞ hərbi qulluqçusunun statusu barədə sazişə yenidən baxmağa çağırıblar.

Bu saziş 1960-cı ildə imzalanıb və istisnasız olaraq, ABŞ hərbi bazalarının müdafiəsinə yönəldilib. Məsələn, ABŞ-ın Yaponiyadakı hərbi bazalarının 70,0 faizi Okinavada yerləşir və Yaponiya prokurorluğu ABŞ əsgərinin buradakı qanunazidd hərəkətlərinə görə, onlara qarşı ittiham irəli sürə bilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar