TÜRKİYƏ, RUS RAKETİNİ RUBLLA ALIR! - “S-400”-lərin avansı rublla ödənilib

Öz milli valyutaları ilə ikitərəfli ticarət apamaq haqqında qərar verən Türkiyə və Rusiya, bu istiqamətdə ilk addımı atıblar. “Yeni Şafak” qəzetinin məlumatına görə, Türkiyə, “S-400” Hava Hücumundan Müdafiə sisteminin alışı üçün rublla avans ödəyib. Rusiya, Çin və İranla aparılan ikitərəfli ticarətdə milli valyutadan istifadə olunması razılığına gələn Türkiyə, “S-400” sistemlərinə avans ödəyərək, rublla ilk dəfə idxal əməliyyatı aparıb.

Avans ödəməsi iki ay yarım bundan əvvəl həyata keçirilib. Prezident Ərdoğan qeyd edib: “Biz ön ödəməni həyata keçirdik”. Bununla da sövdələşmə sona çatıb.

- Nəzarət Türkiyədə olacaq

“S-400” HHM sistemlərinin sövdələşməsinin ümumi məbləğı 2,5 milyard dollardır. Məlum olub ki, hazır sistemlərin alınması barəsində danışıqlar və həmçinin də, müştərək fondlar üzrə işlər və qismən ödənilmə bitib. Bütün məsələlər üzrə Rusiya hakimiyyəti ilə razılaşmaya nail olunub.

Müqavilə iki raket divizionun alınmasını nəzərdə tutur, onlardan biri “birbaşa alınma”, ikincisi isə “təminatlı alınma” metodu ilə əldə ediləcək. Avansdan sonra müəyyən edilmiş müddətə uyğun olaraq, digər ödəmələr də başlayacaq. Bununla yanaşı, ödəmədən əvvəl Türkiyə və Rusiya mütəxəssisləri “özününkü-yad” tanınma sisteminin proqram təminatının hazırlanması üzərində müştərək işə başlayıblar. Ruslar raketin buraxılışı da daxil olmaqla, sistem üzərindəki bütün nəzarəti Türkiyəyə verməyə razılaşıblar. Rusiyadan fərqli olaraq, ABŞ-la “Patriot” sisteminin alınması ilə bağlı aparılan danışıqların gedişində bu cür imkanlar təqdim edilmirdi.

- Müştərək istehsaldan hələ söhbət getmir

Rusiya ilə müştərək “S-400” raketlərinin istehsalının həyata keçirilməsi niyyətinin bəyan olunmasına baxmayaraq, bu məsələdə yekun razılaşmaya hələ gəlinməyib. Rusiya tərəfi ilə müştərək istehsalın və texnologiyanın verilməsinə başlanılması və ilk divizionların formalaşması 2019-cu ildə gözlənilir.

Digər tərəfdən isə, Türkiyə, Fransa-İtaliyan konsorsiumu “EUROSAM” ilə milli hava hücumundən müdafiə sistemi yaradılması üçün lazım olan texnologiyanın verilməsi ilə əlaqədar əməkdaşlığı davam etdirir.

V.Nəsibov

635x100

Şərhlər

Quliyev Elxan Sarı o. 2017-11-29 12:44:05

Qardaşımız Türkiyə unutmamalıdır ki,istər Rusiya, istərsə də ABŞ olsun, onların hər ikisi bir bezin qırağıdırlar.Onlara silah-sürsat alış-verişində ümid olmağa dəyməz. İstər F-35 təyarələrinin, istərsə də S-400 ballistik raketlərinin onlardan alımasına yox, Türkiyənin özündə istehsalına diqqət yetirmək lazımdır.

Son yazılar