İCRA BAŞÇISI JURNALİSTİ TƏHQİR ETDİRİR - "Ailə üzvlərim, qohumlarım hədəfə götürülüb"

Tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl “Qafqazinfo”da yayımlanan “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub. Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub.

Məsələylə bağlı “Qafqazinfo”ya açıqlama verən S.Verdizadə yazı dərc olunandan sonra icra başçısının yaxınları və müavinləri tərəfindən təhqir edildiyini, ailə üzvlərinin təhdid olunduğunu bildirib:

“Mütəmadi olaraq, müqavilə əsasında çalışdığım yeganə yer “Qafqazinfo” saytıdır. Noyabrın 26-da ”Əsa ilə gəzən icra başcısı, işsiz gənclər”adlı yazı yazmışam və dünən səhər saatlarından başlayaraq Daşkəsən rayon icra başçısı Əhəd Abıyev yaxınları vasitəsi ilə təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək mənə hədə-qorxu gəlir.

Bu gün səhər isə Ə. Abıyevin müavini Namiq Süleymanov zəng etdi, ünvanıma çox ağır söyüşlər səsləndirməyə başladı. Əlbəttə, onun səviyəsinə enmədim, nəzərinə çatdırdım ki, məsələni ictimailəşdirəcəm”.

Jurnalist hadisə ilə bağlı həmkarlarından kömək istəyib:

“Hesab edirəm ki, həmkarlarım, jurnalist təşkilatları, o cümlədən Mətbuat Şurası bu çirkin hadisəyə öz etirazını bildirməlidir. Yazıya görə jurnalisti söymək ənənəsi orta əsrlərdə qalıb, indi 21-ci əsrdir. Mən 20 ilə yaxındır ki, jurnalist işləyirəm, həmişə də tənqidçi mövqe tutmuşam. Dəfələrlə təzyiqlərə məruz qalmışam, amma ilk dəfədir ki, ailə üzvlərim, qohumlarım, dostlarım hədəfə götürülüb. Əhəd Abıyev anlamalıdır ki, təhdidləri məni yolumdan döndərə bilməz”.

635x100

Şərhlər

Vətəndaş 2017-11-29 13:01:35

Məmurların özbaşnalıqlarına son qoyulmalıdır.Onların özbaşalıqları vətəndaşı dövlətdən narazı salır..Bu səbəbli Qanunlarımızın icrasına nəzarət sistemi cücləndirilməli,yerində araşdırılma aparıb yerindəcə həll olunmalı,Qanunu pozanlar isə tutduğu vəzifəsindən asılı olmayaraq öz ayiqli cəzasını almalıdır.........

Cəmşid İrzaquliyev 2017-11-29 13:01:35

Uzun illərin məmu cəzasızlığının fonunda baş verən əllaməliklərin yəni danabaşlıqların davamı. Pirallahının başçısı Vasif İmanov kimi. 14 aydır tabeliyində olan məmurlardan Manaf Manafov və Həsən Niftəliyevin bir gəncin taleyi ilə bağlı göstərmiş olduqları qudurğanlıq və mənaviyyatsızklıqdan dolayı Cənab Prezidentə yüzlərlə şikayət məktubu göndərilmişdir. lakin Vasif İmanov nə Prezidentin bu barədəki xəbərtdarlıqlarını nə də bizim bunca şikayətlərimizə məhəl qoyub o mənaviyyatsızlar haqqında ölçü götürmür

sevda agakiwiyeva 2017-11-29 13:01:35

herden azer-li olduguma nifret eedirem,hercend ki men ozumu TURK-OGLU TURK satyiram,bezi werhleri oxudum etim tokuldu,insanla=r ne qeder haqsiz-namerd olar?ele bize gore buwurnalist soyulur tehqir olunurda,a yaltaqligin bawqa formasini kullananlar,olunde neece kimi olu kimi bir mexluqlarsiz,tenqid olunan bawcinida taniyir millet

smur 2017-11-29 13:01:35

buda prezidentin qazabindan qorxmur

G.M 2017-11-29 13:01:35

Gələcəkdə Məzarda Baş Daşının üzərində şəkili olmayacaq məmurlardan biri də S.əbiyevdir.

Besir 2017-11-29 13:01:35

NE SEN JURNALIST INDIYE QEDER XALQIN XEYRINE NESE YAZMAMISAN NE DE O ICRA BASCISI BIR SEY ETMEYIB XALQ UCUN BIRI VAR DOVLETIN ICINDE UZUR O BORO DE CABALAYIR YIQMAQA BELE SEXSI PROBLEMLERINIZI XALQA OXUDUB REZONANS YARATMAYIN OZ PROBLEMINIZI XALQIN ELIYLE HELLE ETMEYIN YENI IKINIZ DE CATDADIN

Eliyar 2017-11-29 13:01:35

Kasib adama oxsuyursan sene lazimdi bu otur dunyada geden proseslerden bir iki cumle yaz qonorarini al besindi bilmirsenki ehed abiyevden yazanda o da seni soyecek

ac adam 2017-11-29 13:01:35

87-ci ildé sabir rustemxanli,nemét penahli deyirdi ki,....indide bu tébliğat aparilir ki,getsé,cavanlar gelse,qadinlar daha çox vezifede olsalar..... yağ-balin....

Jurnalist 2017-11-29 13:01:35

Jurnalist doğru və düzgün,hadisələri olduğu kimi qələmə almalıdır. Bənzətmə,iqtidara yaltaqlıq üzərində qurulan jurnalistika müvəqqətidir və belə fəaliyyət uzun ömürlü ola bilməz. Seymur da bəzi zamanə şairi kimi yazıları ilə özünü hörmətdən saldığından Abıyev kimi rüşvətxor,büdcə dağıdan və bir neçə rayonu viran qoyan icra başçıları onun üzərinə xoruzlanırlar ki bu da indiki cəmiyyətdə normaldır.

Quliyev Elxan Sarı o. 2017-11-29 13:01:35

Nə qədər ki, beynləri maddi aristotal məntiqlə dolu nazirlər və icra hakimiyyətlərində əyləşənlər-səlahiyyətlilər hakimiyyətdədirlər tənqidçilər həmişə təhqir olunacaq, olmazın təzyiqlərə və fiziki zorakılıqlara məruz qalacaqlar.Dövlət əmlakını və əhalinin varidatını sökmək səlahiyyət sahiblərinin əzəli adətləridir.

Ehmed 2017-11-29 13:01:35

Seymur muellim sen hardasa xowqedemin veriliwinde ekspert kimi xowqedemin oynatdigi yaziq insanlari tenqiq elemisen,qanunsuz haqqi tapdalanan ,werlenib dama qoyulan bir jurnalist hemkarin haqqinda etiraz elemesende sesini cixarmisanmi?Bumeranq insanin tepesine deyende hormetli wairimiz Sabir bey,Rustemxanli muellimde yazir

Son yazılar