Vaqif Əsədov təhqirə və şantaja məruz qalıb – AÇIQLAMA

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov təhqirə və şantaja məruz qalıb.

Sonxeber.az xəbər verir ki, V.Əsədovun sözlərinə görə, ötən gün Bakı sakinlərindən biri qeyri-etik ifadələrin yer aldığı səs yazısı göndərib. Həmin şəxs barəsində məhkəməyə müraciət etməyəcəyini deyən V.Əsədov bu barədə saytımıza danışıb:

“Sürücü mənə bir səs göndərib ki, onu eşitməyi sizə rəva bilmirəm. Qeyri-etik sözlər işlədir, təhqir və şantaj edir. Axı mən neyləmişəm sənə…? Sənin maşınını cərimə meydançasına aparırlarsa, mənim günahım nədir? Sənin cərimə borcun varsa, buna mən nə etməliyəm? Amma yenə də öz humanistliyimi göstərdim. Həmin şəxsi məhkəməyə vermək fikrim də yoxdur. Sadəcə, sizin sayt vasitəsilə həmin şəxslərə demək istəyirəm ki, pislik etməyi özünüzə rəva bilməyin. Çünki sizin pisliyinizə mən yaxşılıqla cavab verəcəyəm”.

635x100

Şərhlər

Mühəndis 2017-11-29 23:42:51

Vaqif müəllim,Siz düzgün hərəkət etmisiniz.Sadə insanlar çox ağır həyat tərzi keçirir.Bir tərəfdən borc,kredit,bahalaşma, bəzi məmur və balalarının harınlığı insanların psixologiyasını tamam pozub.Yaxşı ki,sizi kimi,insanları başa düşən tək-tək məmurvarlar var.Sizi Sədərək ticarət mərkəsində,özü də sadə insanlar daha çox olan mağazaların qabağında görəndə inandım ki,siz də xalqı,milləti başa düşürsünüz.Təki bütün məmurlar sizi kimi olaydı.Biznesini xaricdə yaratsın,halal xoşu olsun.Xalqı başa düşsün.

REDAKTOR 2017-11-29 23:42:51

ƏSƏDOVUN BELƏ BİR QANACAĞA MALİK OLMASİNİN TƏK BİR SƏBƏBİ ONUN İXTOYARİNİN OZUNDƏ OLMAMASİNDAN İRƏLİ GƏLİR. TƏBİİ Kİ BU MƏNİM SUBYEKTİV FİKRİMDİ. İKİNCİSİ DƏ BAKİ SƏHIR DYP İDARƏSİ ELƏ BƏRBAD KADRLARDAN İBARƏTDİR Kİ, VAY HALİNDAN ONLARİN İSİ UZRƏ MƏHKƏMƏ BAXİSİ OLA. İNANİN BUTUN ƏLİ YALİN SURUCU VƏ DİGƏR VƏTƏNDASLARDAN MƏHKƏMƏLƏRDƏ YER OLMAZ. HAQQA MƏHKƏMƏSİ BİNİN YANİNDA YALAN OLAR VAQİF MUƏLLİM. ESQ OLSUN...BİR TUT ARAĞİ SOZ VERDİN ONU DA GONDƏRMƏDİN.

Son yazılar