ON AYA 45 MİLYON AVRO! - Azərbaycandan Montenegroya axan pullar

korrupsiyaAzərbaycan hökumətinin gördüyü sərt maliyyə tədbirlərinə baxmayaraq ölkədən xaricə valyuta axını bu il ərzində də davam edib. Virtualaz.org xəbər verir ki, bunu kiçik Balkan ölkəsi Montenegronun Mərkəzi Bankının 2017-ci ilin 10 ayı ərzində ölkədə xarici vətəndaşlar tərəfindən daşınmaz əmlaka qoyulan yatırımlara dair açıqladığı statistika da təsdiq edir.

Statistikaya əsasən bu ilin 10 ayı ərzində Rusiya vətəndaşları Montenegroda mənzillər, evlər və digər daşınmaz əmlak almaq üçün 35.6 milyon avro yatırıb. Azərbaycan vətəndaşları isə bu ölkədən 45 milyon avroluq daşınmaz əmlak alıb. Bu göstərici üzrə liderliyi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları tutur - 87 milyon avro.

Xatırladaq ki, Azərbaycan vətəndaşları Çexiyadan da ən çox daşınmaz əmlak alan xaricilər sırasındadır. Habelə son illər azərbaycanlılar öz pullarını Türkiyədə də daşınmaz əmlaka intensiv şəkildə yatırıblar. Azərbaycanlıların ötən il Gürcüstana qoyduqları yatırım isə 600 milyon dollara yaxın idi.

635x100

Şərhlər

mühəndis 2017-11-30 11:25:43

Bəs bu pullar ölkədən hansı qanunla.hansı qaydada çıxarılıb.Bu pulları AZərbaycanda bu qədər işsiz kütlə olduğu halda yeni iş yerlərinə,fabrik-zavodlara yatırmaq daha əlverişli və millətə faydalı olmazdımı?

Üveysden MUHENDİS-E 2017-11-30 11:25:43

olkemizdeki servetimizin talanma sxemi beledir : memur oliqarxlar - onlarin aileleri-qohumlari - onlarin saxlamalari - metresleri - oliqarxlarin manislari - homoseksuallari - aşnalari - aşnalarinin qrup portnyorlari ve belece budce vesaitleri bu KASTA arasinda bolunub gedir. XALQ ise bir vaqondur. hara isteyirsen itele getsin o vaqonu. 1990-cı ilde o vaqonun tekeri xarab olub

Mushi 2017-11-30 11:25:43

Koroche milletivede dovletivede ........En cindir dovlet zimbabvedi..

G.M 2017-11-30 11:25:43

Kimin hara nə məqsədlə pul qoymasından asılı olmuyaraq,haram pul rahat həyatın təminatçısı ola bilməz.O ya kriminala,ya da səfilliyə yol açır.Sadəcə Xaricə axdılan pullar onu ``oğurlayanların`` torbasından çıxıb,başqa səmtə yönəlir.Hansı ki,onun dövrüyədən çıxması,Dövlətin,Xalqın ``dizlərini yerə`` qoyur.

Mühəndis B. 2017-11-30 11:25:43

Bu informasiyanın məğzi-məqsədi anlaşılmaz oldu. Rusiyadan özünə qaz alan Azərbaycan bircə lahyəyə 40 milyarddan çox dövət ehtiyatını uçuran halda, özəl pul sahiblərinin xaricə 50-100 milyon kapital qoyması AzPolitikada təzadlı reaksiya yaradıb.

Asif 2017-11-30 11:25:43

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə halal pulunu nəqd formada çıxarıb xərcləməyə qadağa qoyan Maliyyə Bazarlarına Nəzarət Palatası buna niyə göz yumub. Deməli bu şəxslərə ya gücü çatmır, ya da korrupsiyaya bulaşıb. Belə idarəetmə dövlətə və xalqa xəyanətdir.

Konul 2017-11-30 11:25:43

siroko saqayet Azerbaydjan.Rusiyadan da cox yatirim edib Monteneqroya

x 2017-11-30 11:25:43

BU OLKENIN HUQUQ-MAHIF’ ORQANLARI YOXMU ILAHI

edik 2017-11-30 11:25:43

qardaş o milyonlardan milyardlardan bir az da bu vətəni qoruyan milleti qoruyan herbi qullqçulara da xerclesinlər də nə olar ki hansı ki təqaude çixandan sonra kuçələrərdə kirayə evlərdə yaşayırlar. SERHED QOŞUNLARI na dovletin hesabina ev tikiib amma ipoteke ile satirlar . bu ne derecede duzgundur... təqaudçu herbiçinin pulu olsaydi ele ozu gedib ev alardi də . bu problemden danişmaq lazimdir.

Son yazılar