"Türkiyədən gələcək həkimi gözləyirəm" - Rasim Balayev

"Türkiyədən gələcək həkimi gözləyirəm".

Bunu "Report"a açıqlamasında xalq artisti Rasim Balayev deyib.

O qeyd edib ki, müalicəsi üçün Türkiyədən həkimin nə vaxt gələcəyi hələ dəqiq bilinmir: "Bu yaxınlarda gəlməlidir. Həkim gələndə mənə xəbər edəcəklərini dedilər. Buna görə də gözləyirəm. Səhhətim hələ ki, babatdır".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra onu İstanbulda müalicə edəcək həkimin Azərbaycana gələcəyi və aktyoru burada müalicə edəcəyi məlum olub. Xalq artisinin müalicə xərclərini Azərbaycan dövləti ödəyəcək.

635x100

Şərhlər

xıəstə 2017-11-30 16:25:46

Bu adamı niyə bu qədər hallandırırsınız? Bu kimi xəstə Azərbaycanda minlərlədir.Heç də özlərini afiş etmirlər.Ayıb deyil,

Son yazılar