PUTİN GEOSİYASI DÜHADIRMI? - "Reuters"in şərhçisi bunu mif adlandırır (TƏHLİL)

Coş Koen

“Reuters” (Böyük Britaniya)

Vladimir Putinin qlobal nüfuzu həmişəkindən yüksək görünür. Bəzi müşahidəçilər Rusiya prezidentini “Yaxın Şərqin yeni polisi” adlandırılar. Qara dəniz sahilindəki Soçi şəhərində Suriya, Türkiyə və İran liderləri ilə bir sıra görüşlər keçirən Putin, Türkiyə və İranın dəstəyi ilə Suriyadakı vətəndaş müharibəsini sonlandırmaq üçün böyük diplomatik gedişdə – Suriya sülh konqresində baş rol imtiyazı qazanıb.

Soçi sammitinə ABŞ və Avropa İttifaqından olan nümayəndələr dəvət olunmayıb. Əsas diqqət Yaxın Şərqə yönəldilsə də, Putinin regiondan kənarda da təsirini genişləndirdiyi aydındır.

2014-cü ildə ukraynalılar Moskvapərəst prezidentlərini devirdikdən sonra o, Krım yarımadasını Rusiyaya birləşdirərək və Donbas bölgəsində separatçıları dəstəkləyərək, Avropada, Ukraynada sabitliyi pozub. Asiyada Çinlə getdikcə daha sıx əlaqələri inkişaf etdirir. Birləşmiş Ştatlarda, 2016-cı ildə Donald Trampın seçilməsinə Rusiyanın müdaxiləsi üçün Vaşinqtonun siyasi mənzərəsini qarışdırıb və administrasiyanın qanunvericilik gündəmini kölgədə saxlayıb.

Keçmiş super gücün iqtisadi-anemiya qalıqlarının lideri üçün bu, hadisələrin təsirli dönüşüdür. Rusiya iqtisadiyyatının qlobal ÜDM-də 1,283 trilyon dollar həcmə (ya da ABŞ payının təxminən 7 faizi) sahib olduğunu nəzərə alsaq, Putin görünür, zəif əllə oymayan mahir oyunçudur.

Lakin Putinin aydın uğurları uğursuz tamamlana bilər. Rusiya liderinin ustad-taktik kimi baxışı nailiyyətləri müqabilində üzləşdiyi riskləri görmür.

Ukraynanı düşünün: Rusiya tarixən cənub qonşu üzərində hökmranlıq etməyə çalışıb və Putin bu ölkənin Moskvanın orbitindən çıxmasına, Qərbə qoşulmasına icazə vermək istəmir. Krımın ilhaqından sonra Kreml Ukraynanın bütün cənub və şərq hissələrini fəth etmək üçün öz casusları, yerli satqınlar və qeyri-rəsmi rus əsgərlərindən istifadə edib. Ukraynanın cəmi 6 min hərbçisi olduğundan, Putinin "Novorossiya" – Yeni Rusiya yaratmaq arzusu əlçatan olub.

Təəssüf ki, Putinin planları düşündüyü kimi işləməyib. Ukrayna, Avropaya yönəlmiş ukraynalı qərb hissə və şərq bölgələrinin Rusiyameyilli rusdilliləri arasında mədəni və linqvistik olaraq bölünsə də, Putinin müharibəsi ölkəni milli eynilik hissi ilə kristallaşdırıb. Xüsusi maliyyələşdirilən hərbi batalyonlar və mülki könüllülər müntəzəm orduya dəstək verərək, separatçıları və satqınları geri çəkilməyə vadar edib və 2014-cü ildən Ukraynada milli identiklik güclənib. Aİ və NATO kimi Qərb təşkilatlarına qoşulma istəyi də anti-Rusiya hissləri ilə birgə artıb.

Nəhayət, Kremlin bu tendensiyasını ümidsizliyə salan prezident Viktor Yanukoviç kimi Rusiyapərəst liderlərin yenidən hakimiyyətə gətirmək niyyətidir. Amma bu, arzunu gerçək kimi qələmə verməkdir. Krımın Rusiyaya “birləşdirilməsi” və Şərqi Ukraynadakı müharibə əslində, Ukrayna seçiciləri arasında NATO və Aİ-yə qarşı çıxan milyonlarla ruspərəst seçicini seyrəltdi.

Putinin Krımı qazandı, ancaq Ukraynanın yerdə qalan hissəsini itirdi.

Onun Amerika seçkilərinə müdaxiləsi də planlaşdırıldığı kimi işləmədi. Kreml Trampın seçilməsinin dost siyasətə səbəb olacağına ümid etdi, ancaq əksinə oldu. Putinin aprel ayında Rusiya-Amerika əlaqələrini tamamilə yeni səhifədən başlama, Əfqanıstandan Şimali Koreyaya qədər bir sıra qlobal problemləri, eləcə də kiber təhlükəsizliyə qədər əməkdaşlıq etmə təklifi dalana dirənib. Avqust ayında Konqres Rusiyaya qarşı yeni, o cümlədən Putinin oliqarx müttəfiqlərini hədəf alan müddəalar da daxil olmaqla, iqtisadi sanksiyalar tətbiq edib.

Putin Trampın seçilməsilə NATO-nun zəifləyəcəyinə ümid edirdi, lakin prezident NATO üzrə müttəfiqlərini müdafiə etmək üzrə Vaşinqtonun öhdəliyini təsdiqləyib. Tramp bu dəstəyini Polşa-Rusiya sərhədinə əlavə qoşun göndərmək və amerikalı qüvvələri Baltik ölkələrinə yerləşdirməklə davam etdirib. Üstəlik, qismən Trampin tələbinə əsasən, Avropa İttifaqı, nəhayət, müdafiə büdcəsini artırıb.

Kreml hələ də Trampa ümidini saxlayır, nəticədə Moskva ilə münasibətlərin yaxşılaşdırılmasını davam etdirmək arzusuna baxmayaraq, Amerikanın daxili siyasəti bunun baş verməsinə mane olur. Trampın müdafiə bölməsinin bəzi üzvləri, o cümlədən müdafiə naziri Ceyms Mattis, CIA direktoru Mayk Pompeo, BMT-dəki səfir Nikki Heyli və milli təhlükəsizlik məsləhətçisi H.R. MakMasterin Rusiyaya aydın baxışları var və ehtimal ki, Tramp Rusiya-Amerika əlaqələrini normallaşdırmaq istəsə də, yaxın qohumları və məsləhətçiləri Moskvanın seçkiyə müdaxiləsi cəhdləri ilə əlaqədar şübhə altındaykən, bunu etmək siyasi cəhətdən mümkün deyil.

Həqiqətən, Rusiyanın müdaxiləsi ilə bağlı istintaq Trampın Rusiya kuklası olduğu ittihamını gücləndirir, amma elə bu, onu Rusiyaya qarşı təşviq edir – Ukraynaya silah göndərilir.

Putinin Çinlə daha sıx əlaqələr qurması amerikalıları qorxutmur. Çin iqtisadiyyatı Rusiyanı kölgədə saxlayır və bu iqtisadi tarazsızlıq hər hansı bir ittifaqda Rusiyanı kiçik ortaq rolu ilə məhdudlaşdırır.

Moskvanın Çinlə hərbi əməkdaşlığı da az cəlbedicidir. Birgə hərbi təlimlər artsa da, bundan hər hansı bir formal anti-Qərb alyansını istehsal etmək çətindir. Putin üçün daha pis olan Moskvanın Pekinə ən qabaqcıl silahları satmağa hazır olmasıdır. Bu, həqiqətdə Rusiyanın uzunmüddətli geosiyasi mövqeyini poza bilər. İki Avrasiya qüvvəsi arasındakı inamsızlıq on illər boyu mövcuddur və əgər bir gün revanşist tarixli Çin Sibir bölgəsini geri almağa çalışırsa, Putinin qısamüddətli iqtisadi fayda səyi milli təhlükəsizlik baxımından Rusiyanı təəssüfləndirəcək.

Aydındır ki, Putin bəzi real siyasi uğurlara işarə edə bilər. Onun müvəffəqiyyətli Suriya diplomatiyasından sonra digər əsas Yaxın Şərq ölkələri də xeyir-duaya tələsir. İsrail baş naziri Benyamin Netanyahu Suriyada İsrailin maraqlarına hörmət göstərməsini istəyir. Bir çox müşahidəçilərin tarixi inkişaf saydığı başqa bir hadisə: kral Salman bin Əbdüləziz 1500 nəfərlik nümayəndə heyəti ilə Moskvaya səfər edən ilk Səudiyyə lideri oldu. İki ölkə bir çox razılaşmalar imzalayıb, o cümlədən Riyad Rusiyanın qabaqcıl “S-400” raket sistemini satın alıb.

Putin Yaxın Şərqdə vasitəçi kimi ortaya çıxmış ola bilər, amma başqa yerlədə qazancı azdır. Onun geosiyasi düha olması iddiasının reallıqdan çox uzaq mif olduğunu dərk etmək zamanı çatıb.

Tərcümə: Strateq.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar