Məleykə Abbaszadə DİM-in Bərdə Regional Bölməsinin rəisini vəzifəsindən uzaqlaşdırıb

Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə Regional Bölməsinin rəisi vəzifəsindən uzaqlaşdırılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən mərkəzin Bərdə Regional Bölməsinin müdiri Samir Əliyev işdən cıxarılıb.

Bərdə Regional Bölməsinin fəaliyyət dairəsinə Bərdə, Yevlax, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Beyləqan, Zərdab, Laçın və Xocavənd rayonları daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar