2 NƏFƏRİ ÖLDÜRƏN NƏVƏNİN MƏHKƏMƏSİ BAŞLADI - Jurnalistlər prosesə buraxılmadı

Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.Musavat.com xəbər verir ki, Nail Allahverdiyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır.

Jurnalistlər məhkəmə binasına buraxılmayıb.

Xatırladaq ki, Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində “Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəza ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıb.

Qəzanın baş vermə səbəbi isə Əli Həsənovun nəvəsinin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.

Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına, Kürdəxanıya köçürülüb.

Qəza zamanı orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb.

635x100

Şərhlər

G.M 2017-12-01 11:21:08

Neçə-neçə evsizin gözü yoldadır ki,Nail tezliklə azadlığa çıxsın..Özlərini atsınlar,yaxud ailədə olan qocalardan birini ``itələsinlər`` Qaçqınkomun varisinin maşınının altına ``Xoşbəxt``-lik qazansınlar,ev-eşik sahibi olsunlar.Yəni Babası nəvəsinə yeni ``torba`` tikib.Bundan sonra Nail maşını düz də sürsə,altından mütləq bir ölü çıxacaq.

sevil 2017-12-01 11:21:08

Nə üçün Jurnalistlər məhkəmə salonuna buraxılmayırlar?Məhkəmənin istiqamətini müxtəlif bəhanələrlə elə istiqamətləndirəcəklər ki, harınlamış nəvə azadlığa buraxılsın.Bəli, bizim analoqu olmayan inkişaf etmiş ölkəmizdə möcüzələr baş verə bilir.Ölkəmiz elə sürətlə inkişaf edirki,çox qabağa irəliləyirik və şalvarımızin yamağı görünür.

Vətən OĞLU 2017-12-01 11:21:08

G.M-ə fikirlərin sənin pozğunluğundan xəbər verir-yəni kajdıy dumaet o mere svoey isporçennosti

Cəbrayıl qaçqını 2017-12-01 11:21:08

23 yaşında belə avtomobilə oturdulan "oğlan"ın valideyinləri və babası ona azadlığa çıxandan sonra vertolyot ya da təyyarə almalı olduqlaını düşünə bilirlərmi? Axı o zaman qaşqınlar inşallah öz yurdlarına qayıdarlar. Onda bu baba.valideyinlər vəsaiti haradamn alacaqlar?

ilqar 2017-12-01 11:21:08

G M salamlar gozel insan veten oglu duz yazan ne vaxtdan pozgun olur rehmete gedenlerin evladlarinin verdiyi musahibe deyen yadinizdan cixib hi yoxsa sizin onlardan biri))))))))))))))))))))))

İlqar bəyə 2017-12-01 11:21:08

Təəssüflənmə ``vətən oğlu`` lar nə bilir həqiqət nədir.Bəzən insan dünyaya qarnının gözüylə baxanda adı vətənoğlu olsa da özü Dünya malı oğlu olur.Ancaq bilmir ki,dünyanın malı dünyada qalır. İmza..Hörmətlə Gənc Molla.

Son yazılar