BU YERLƏRDƏ SİQARET və QƏLYAN QADAĞAN OLUNDU - Siyahı 

Milli Məclisin bu gün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşunda müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə Əmək və sosial siaysət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Bildirilib ki, ikinci oxunuşdan fərqli olaraq qanun layihəsinin 1-ci və 10-cu maddələrə edilən əlavəyə görə, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək.

Digər yeniliyə əsasən, tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərdə bunlardan istifadə edənlər üçün xüsusi yerlərin ayrılması ilə bağlı tələb aradan qaldırılır. Üçüncü oxunuşda idarə, təşkilat, müəssisə və iaşə obyektlərində xüsusi yerlərin yaradılması üçün qoyulan tələb də ləğv olunur. Yəni onlar istəsələr, yarada bilərlər, istəməsələr yox. Bu, artıq onların qarşısında şərt kimi qoyulmayacaq. Bu düzəlişə səbəb bir sıra yerdə tütündən istifadə üçün xüsusi yerlərin yaradılmasına şərait olmamasıdır.

Düzəlişlərə əsasən, həmçinin tütün məmulatları şirkətlərinin xeyriyyəçilik missiyasına da icazə verilir. İkinci oxunuşda sponsorluqla yanaşı, xeyriyyəçilik də qadağan idi.

Qeyd edək ki, qanun layihəsinə əsasən tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən bu yerlərdə istifadə qadağandır:

- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;

- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);

- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)

- ticarət obyektləri;

- məişət obyektləri;

- sosial xidmət müəssisələri;

- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);

- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

- uşaq meydançaları;

- yerüstü qapalı və yeraltı piyada keçidləri;

- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;

- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;

- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);

- tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;

- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;

- taksofonlar;

- yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;

Layihə səsə qoyularaq qəbul olunub.

635x100

Şərhlər

Azad 2017-12-01 21:03:34

Düzgün qərardı, demək olarki hər yerdə.Seqaret biznesinə yəqin ki təsirsiz ötüşməyacək.

Obyektiv 2017-12-01 21:03:34

Day onda hara qaldi goresen?! Deyesen MM bir ciddi movzu tapmir gunde oyanib, qeribe ideyalar tapir sonra onu da, qanuna salir! Kefi kokun fikirlilerden ne xeberi olardi ki.. Siqareti hami kefinden cekmirdi ve gergin fikirler de, "xususi yerler" gozlemirdi de.. Belke, adamlar oz evinde de tutun chekmeye qadaga qoyulsun?! Bununla sivilizasiyamiz artsaydi, problemler hell olunsaydi butun siqaret chekenler gunu bunu bu gunden tergiderdiler! Novbeti iclasda daha hansi bele "ideyalar" dushunulub goresen?.. ))

Obyektiv 2017-12-01 21:03:34

Siqaret biznesine ola bilr ki, mueyyentesiri olar bu bir yaxshi terefi.. Amma, sade (problemler ichinde olan) insanlara bu formada mehdudiyyetler qoymaq ne demek olardi?! O qeder hell olunmamish vacib, heyat yuklu (menevi, maddi, sosial ve s..) meseleler var ki.. Ele onlarin helline bele ciddi yanashilsin de.. Evvel meselenin ichini duzelderler onda bashqa bele hallar da, tedricen tebii oz hellini tapardi..

AZAD 2017-12-01 21:03:34

bir azdan deyəcəklər ki meteorizmi olan insanlar ictimai yerlərdə özünü saxlaya bilməsə filan qədər cərimə ödəsinlər-onda vay camaatın halına!

ESED 2017-12-01 21:03:34

BOS SOHBETDIR. HAMI CEKIR

Son yazılar