DEPUTAT AZTV-ni BAĞLAMAĞI TƏKLİF ETDİ - “Heç bir üstünlükləri yoxdur”

“Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində dilində telekanal açmağımız lazımdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib.

O bildirib ki, Ukrayna, Qazaxıstan nümunəsində belə telekanallar var. Deputat digər kanallara ayrılan vəsaitləri də xatırladıb.

“Biz 32 miyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallarından heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar da böyük həvəslə prezidentin sərəncamlarını oxuyurlar, səfərlərini işıqlandırırlar”.

635x100

Şərhlər

Qüdrət bəyə 2017-12-01 19:02:04

Allah evini tiksin. Heç AzTV-yə baxan var ki,hələ birr ingilis dilində də kanal istəyirsən? Bu kanlda doğru-düzgün xəbərlər belə olmur ki,onlara baxan olsun.Ümumiyyətlə AzTV lazımdırmı? Ona büdcə vəsaiti ayrılması itgidən başqa bir mətləbə qulluq etmir. Ümumiyyətlə deputat saytlardan əl çəkib məclisdə milətə laazım olan qanunların işlənməsinə, düzəlişinə xidmət etməlidir.Yxsa gündə bir mücərrəd fikirlə saytlarda boş yazılarla məmləkət düzəlməz!

avam 2017-12-01 19:02:04

Qüdrət bəy,inanın ki,tam 10 il olar şəxsən mən AzTv-yə baxmıram.10 ildən sonra Az Tv-dən xəbər tutdum."Ayə,harya gedirsən?"Bu gün də bilmirəm ki,doğrudan AzTv-də səslənib,ya yox.Yəqin AzTv çarəsizlikdən edib,heç olmazsa internet üzərindən tamaşaçı tapsın.

NURəddin 2017-12-01 19:02:04

BU KANALI BAĞLAMAQLA ÇOX ASANLIQLA XALQA DOĞRU BİR ADDIM ATMAQ OLAR.32 MİLYON DOLLARI MƏNASIZ YERƏ GÖYƏ SOVURMAQDANSA HAKİMİYYƏT PENSİYA VƏ MAAŞLARI ARTIRARAQ İNCİK ZÜMRƏNİ ÖZ TƏRƏFİNƏ ÇƏKƏ BİLƏR. HAZIRCA PULDUR ORADA YATIB.ANCAQ BUNU ETMƏYƏCƏKLƏR.ÇÜNKİ BUNLAR BİR QAYDA OLARAQ ANCAQ VƏ ANCAQ XALQI ƏZMƏYƏ KÖKLƏNİBLƏR.O PULA OD VURUB YANIRARLAR, XALQA VERMƏZLƏR.HƏRDƏN DEPUTATLARDAN BU CÜR HƏLLİ MÜMKÜN OLMAYAN TƏKLİF EŞİDƏNDƏ MƏN TƏƏCCÜB ETMİRƏM.ÇÜNKİ O ÖZÜ DƏ ƏLA BİLİR Kİ,TƏKLİFİ KEÇMƏYƏCƏK. GEDİŞ EDİR.

t.ədalət 2017-12-01 19:02:04

Qüdrət müəllim çox vacib bir məsələyə toxunub.Doğrudan da Az.tv-yə heç bir zərurət yoxdur.Hökumət informasiyaları AzərTAC vasitəsi ilə istənilən telekanala ötürülə bilər.Az.TV-yə çəkilən xərcləri elm və təhsilə yönəltmək olar.Dövlət qulluğu və sair imtahana xərclənən pulları lazımsız yerə bu kanala ayrılan vəsaitlər hesabına kompensasiya etmək olar .

patriot 2017-12-01 19:02:04

UĞURLU İNKİŞAFIMIZI BÜTÜN DÜNYAYA ÇATDIRAG.

Bəhram Cəfər 2017-12-01 19:02:04

İnanılmaz bölgülər? Hesabi fərqə baxaq. Rayon-biri 300 min nəfər, digəri 30 min, Gəncə 300 minlə qədim mərkəz, Naxçıvan da 300 min nazirli respublika, Ağdamdan 2 dəfə az Dağlıq Qarabağ işğalla "fövqəl dövlət" olub. 50 il belə yeni rayon yaranmasına iqtisadi əsas görmədim. TVlər də eləcə. 20(32-12)milyon "natarazlıq". Hər "kolxoz-sovet" 1961-ə qədər yüzlərlə məhsul toplayıb. 5 min bələdiyyə 5milyonla su çəkəcək, ev tikəcək? Öncə bələdiyyələrə şaxələnib ayağa qalxmaq, sonra Avropaya uzanmaq gərəkdi.

Edalet 2017-12-01 19:02:04

Efirde görünmeyen kimi deputatlar aztv-ni yada salırlar. Adama deyen gerek, ingilisdilli CBC telekanalı yaratdınız, nooldu?

Mirzə aztv 2017-12-01 19:02:04

Qüdrətə yazıgım gəldi necə ildi mandat daşıyır hələdə bilmir ki özəl kanallarla aztv nin fərqini birdəki Qüdrət bəy rəhmətliy Heydər Əliyev aztv yə həmişə qaygı qöstərib diqətində saxlayıb ona görə sizin bu məntiqsiz cıxışınız məni təcübləndirmədi Qüdrət bəy bir az duz yeyin

sual 2017-12-01 19:02:04

bəs kim soruşacaq:"Ayə,harya gedirsən?"bu sualı verən lazımdır,ya yox?O aktyor sual verir,arada bir "nırç" da edir.o rolunun öhtəsindən bacarıqla gəlib.sadəcə bu rolu kim verib ona ,o bir az qaranlıq qaldı?

Zaza 2017-12-01 19:02:04

Men artiq hec bir yerli TV-lere baxmiram.Xeberleri de internetden oxuyuram.Inanin ki dunyada geden xeberleri internetden TV ler 2-3 gunden sonra verirler.Bu TV ler xeberi bele tuta bilmirler.Hakimiyyeti de ters teblig edirler.Yeni sanki hakimiyyete muxalif, xalqa dusmendirler.Hamisi baglanmalidir.

Yaqub 2017-12-01 19:02:04

Qüdret müellim 9 milyonluk xalqın ürek söznü deyib aztv ictimayey ve cbc ve idman kanalları baglanmalıdır bu kanallar yalnız hakimyeti temsil edir teze xeberler evezne hakimyetden danışır

Lale 2017-12-01 19:02:04

Cox yerinde verilmish teklifdir.Butun xalqin ureyincedir

Sədrəddin 2017-12-01 19:02:04

Nurəddin bəy də Qüdrət bəy kimi görməməzlik ifadə edirlər. Uzaqdan Reğion lideri görmür S.Sarqsyan Qarabağı necə tez-tez yad edir. Ancaq, bəzi yazılara görə AzTV 20 milyonu göyə sovurmur Şamaxıda liderləri təmsil edir.

Firidun 2017-12-01 19:02:04

Qüdrət Həsənquliyev. Deyəsən siz çox çaşıbsınız. Şəxsən mən və ailəm Az. TV baxırıq. Sizə ingilis lazımdırsa, pulun çoxdur. Özəl ingilis kanalı yayımlaya bilərsən. Az. TV- ni niyə bağlasınlar? İşin- gücün deyəsən yoxdur. Niyə deputat kimi fəaliyyət göstərmək əvəzinə, düşmüsən telekanalların üstünə. Qarabağ kimi problem qalıb kənarda Siz ingilis axtarırsınız. Ayıb, çox ayıb.

Abit 2017-12-01 19:02:04

Ay dünyadan xebersiz dipurat heç aztv-ye baxan varki? Heyif o 32 milyondan

Alex 2017-12-01 19:02:04

Deyesen vuqar qaradagli bezi mugennileri efire buraxmadigi kimi alisanovda qudret beyi aztv ye buraxmir

əli 2017-12-01 19:02:04

Qüdrət həqiqətən də arada-bərədə agıllı təkliflər verir.AzTV-yə əvvələr əyalətlərdə əhalinin yalan olmasin 90 faizi baxmirdi.İTV-nin isə 2-3 il əvvəl bəzi proqramlara görə AzTV-dən bir qədər cox tamaşaçisı vardi.Peyk kanallarinda dəyişikliklərdən sonra əyalətlərdə rəhbər vəzifədə işləyən 10-15 adamdan başqa umumiyyətlə baxan yoxdur.Bunlar özləri çalıb özləri baxir.Odur ki hakimiyyətin təbligatinda bunlarin heç və yenə heç bir rolları qalmayib.Bəs onda bu kanallara bu qədər pul niyə ayrilir -başa düşülmür.

G.M 2017-12-01 19:02:04

Qüdrət bəy zaman-zaman üstündəki töməti yüngülləşdirməkdədir.Son zamanlar onun təklifləri,mövqeyi siyasi ``çəkisini`` tənzimləyir.Doğrudan da Az.TV və İT.TV-ni demək olar ki,izləyən yoxdur.Az.Politika,Axar.az saytlarının reytinqi onlardan üstündür.Bu TV-lər büdcənin pulunu ``göyə sovurur`` lar.

Aztv 2 2017-12-01 19:02:04

Neye baxaq ATV olub kolbasa TV hansi verilise baxirsan sosiska kolbasa.lider hec ozu de bilmir neye lazimdi xezer yaxsi kanaldi onuda zaur kamal hormetden salib.ele en yaxsisi aztv di yene almamiya fransa hollandiyada ehalinin yoxsullugunnan rusvetin bas alib getmeyinnen sujetler verirler bizimde icimiz rahatliyir.olkmeizin qiymetini bilmeliyik ele aztv inde.en azinnan diger kanallar kimi exlaqsiz verilisleri yaxudda geyimini danisigini hereketini bilmeyenleri efire buraxmirlar yene milli medeniyyetimizi qoruyan aztvdi.zaurlarla mikayilla metanetle ekizlerle xosqedemle ne biz nede usaqlarimiz inkisaf eliye bilerik

Mirzə Bəyə 2017-12-01 19:02:04

Güman ki, Qüdrət bəy də AzTV-nin siyasi özəlliyini bilir və xarici dillərdəki verilişlərin də ona etibar edilməsini istəyir. Qalan TV-lər əsasən ailəvi şok-şou və Ermənistan-Humanite təmayüllüdür.

Son yazılar