Türkiyədə casuslar «cırıq cins» geyinirlər - Bir yandan da «Hero» çıxdı

Türkiyədə xarici casuslar və türkiyəli agentlər şalvarlarının eyni yerində olan cırıqlarıa görə, bir-birini tanımaqdan ötəri «cırıq cins» geyinirlər.

AzPolitika.info»-nun verdiyi xəbərə görə, bu barədə Türkiyənin «Yeni Akit» qəzeti yazıb. Qəzet xəbər verir ki, bu üsul Türkiyənin xüsusi xidmətləri tərəfindən vaxtında aşkarlanıb.

Bundan başqa, Türkiyədə bir neçə həftə bundan əvvəl üzərində «Hero» yazısı olan «futbolka»lar peyda olub. Bu yazı «Sizə böyük Usta xeyir-dua versin» sözbirləşməsinin abbreviaturu kimi deşifrə olunur. «Usta» kəlməsi altında isə Fətulla Gülən nəzərdə tutulur. Məlumdur ki, Türkiyə hakimiyyəti ötənilki dövlət çevrilişinə cəhddə məhz Güləni günahlandırır.

Məlumata görə, təhlükəsizlik mülahizələrindən dolayı, atıq belə «futbolka» geyinmiş bir neçə nəfər saxlanıb.

635x100

Şərhlər

AZAD 2017-12-01 21:24:06

vaxt var idi ərdoğanla fətulla müəllim bir yeyib bir kaka edərdilər.bu pul zəhrimar aralarını vurdu.pul elə şeydi ki lap allahşükürü də yoldan çıxardar.hələ marketa qalsın bir qırağa...

Son yazılar