Müsəlmanlar Avropa əhalisinin 14,0 faizini təşkil edəcək - Proqnoz

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Ştatların bir tədqiqat Mərkəzinin dərc etdiyi proqnoza görə, 2025-ci ilə Avropa əhalisinin 14,0 faizi müsəlmanlardan ibarət olacaq.

«Pew Research» adlı Mərkəzin həmin materiallarını dərc edən «Frans-pres» agentliyi xəbər verir ki, yaxın 8 ildə Köhnə dünyanın müsəlman əhalisi mümkün 3 ssenari üzrə 12-18 faiz artacaq: sıfır miqrasiya, istisnasız leqal miqrasiya ssenariləri. Üçüncüsü isə onu ehtimal edir ki, islama sığınanların sayı həmin dövrdə indikindən 3 dəfə artıq sürətlə çoxalacaq («Eurasia Daily» saytı).

«Di Velt» nəşrinin ekspertinin fikrincə, bu hesablamalar «siyasi qərarlar qəbul edənlər və həm də ictimaiyyət üçün imkan yaradır ki, anlasınlar: məhdud miqrasiya siyasəti Avropada müsəlmanların sayına necə təsir göstərə bilər?

Digər tərəfdən, tədqiqatçılar hesab edirlər ki, Avropa cəmiyyətinin müsəlman çoxluğunun formalaşması şəklində islamlaşması ən azı, yüzilliyin ortasına qədər Avropa üçün heç bir təhdid təşkil etmir. Ekspertlər etiraf edirlər ki, bu hesabatda «Avropaya gələnlərin öz ailələri ilə birləşməsi» aspekti nəzərə alınmayıb.

«Alimlər qeyd edirlər ki, Avropa ölkələrinin hamısı müsəlman əhalinin artımı ilə eyni səviyyədə qarşılaşmayıb. Polşa, Slovakiya, Çexiya, Macarıstan, Rumıniya, Xorvatiya və Portuqaliya kimi dövlətlərdə miqrasiya axınlarının səviyyəsi aşağı olaraq qalır. Bu, ya hakimiyyət dairələrinin gördüyü müvafiq tədbirlərin nəticəsidir, ya da həmin ölkələrin sosial sisteminin və iqtisadiyyatının miqrantlar üçün cəlbedici olmaması ilə bağlıdır».

Tədqiqatçıların fikrincə digər tendensiya ondan ibarətdir ki, Avropa cəmiyyəti qocalır və sayı azalır.

«Frans-pres» agentliyinin məlumatına görə, hətta «sıfır miqrasiya» variantında belə, yaxın səkkiz ildə Avropada yaşayan müsəlmanların sayı 3 milyon nəfər arta bilər.

635x100

Şərhlər

Bəhram Cəfər 2017-12-01 21:40:42

İtaliyadan Şimal qütbünə qədər əksəriyyət din-imanından dönmüş islamlar və artıq 8 əsr iflasa uğrayan geniş sultanlığın "türk"ləridir. "Elison Əlinin son övladı". Həzrəti Mühəmmədi əleyhüssəlamın saç nişanəsi də sarışın-qızılıdır. Kim özünə sayaq necə qəbul edib eləcə də yozub. Nişanələri sübut edir ki, tarix yazılanlardan çox fərqlidir.

Son yazılar