Yaponiya imperatoru taxt-tacdan əl çəkir! - İlyarımdan sonra

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyanın imperatoru Akixito ilyarımdan sonra taxt-tacdan əl çəkmək qərarına gəlib.

Bu barədə ölkənin Baş naziri Sindzo Abe xəbər verib.

Ötən il Yaponiya parlamenti müvafiq qanun qəbul edib. Yeni qanun 83 yaşlı imperatora taxt-tacdan imtina etmək imkanı verir. İndiyə qədər bu, mümkün deyildi.

Bundan əvvəl Akixito millətə müraciət edib. O, öz çıxışında bəyan edib ki, yaşı ilə bağlı olaraq, taxt-tacdan imtina edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar