“Flinnin etirafları yalnız özünə aiddir” - Ağ Ev

Donald Trampın sabiq müşaviri Mayk Flinnin məhkəmədə FTB-yə yanlış ifadələr verdiyinə dair etirafları ABŞ rəhbərliyinə kölgə salmır.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu prezident Donald Trampın vəkili Tay Kobb bəyan edib.

“Flinn Federal Təhqiqatlar Bürosuna yanlış ifadə verdiyini etiraf edib. Bu ifadələr onun prezident administrasiyasına verdiyi yalan bəyanatları əks etdirir. Məhz bu onun fevralda istefasına səbəb olub. Flinnin etirafları yalnız özünə aiddir”, deyə T.Kobb bildirib.

O əlavə edib ki, Flinnin ifadələri Trampın Rusiya ilə mümkün sövdələşmənin araşdırılmasını başa çatmaq üzrə olduğunu göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar