Pxenyan danışıqlara yalnız Rusiyanın iştirakı ilə gedəcək

axar.az1393510918Koreya«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pxenyan Koreya yarımadasında vəziyyətin tənzimlənməsi üzrə danışıqlara yalnız Rusiyanın qarant qismində iştirakı ilə gedə biləcəyini bəyan edib.

Bu barədə Koreya Xalq Demokratik Respublikasında (KXDR) səfərdə olan Rusiya parlament nümayəndə heyətinin üzvü Aleksey Çepa bəyan edib. Onun sözlərinə görə, Şimali Koreya hələlik Moskvanın bilavasitə vasitəçi olmasını xahiş etməyib.

Xəbər verilir ki, Şimali Koreyanın son ballistik raket sınağından sonra, cümə günü Vladimir Putin KXDR ətrafında yaranmış vəziyyəti Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar