"YANVARDA PENSİYALAR ARTIRILACAQ" - Səlim Müslümov

selim"Azərbaycanda yanvar ayında pensiyalar artırılacaq".

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, mövcud qanunvericilik əsasında hər ilin əvvəlində ötən ilin əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyaların bütün məbləği indeksləşdirilir: "Biz artıq Dövlət Statistika Komitəsindən 2017-ci il üçün orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat əldə etmişik. Buna əsasən yanvar ayında pensiyalar artırılacaq".

635x100

Şərhlər

sevda agakiwiyeva 2017-12-02 12:10:42

dunyada her hokmu bir zaman verir...bu gun ferman veren sabax can verir...tak wto OMER bey......

omer 2017-12-02 12:10:42

Selim bek 6.7%artiracaq..infilyasiya resmi14%dir.demeli hele resmi reqemlere inansaq insanlarin pensiya fonduna yigilan pulu 6.3% deyer itirecek..indi buna bahib hesablasaq 10ilden sonra menim fonda yigilan pulum 63%ucuzlawacaq..indi selimbek bu edaletlidirmi?

Hörmətli oxuculara! 2017-12-02 12:10:42

Hörmətli Səlim bəyə sual.Siz bu yeni pensiya ilə neçə saat yaşayamaq üçün bəs edər.....

Hacı Nuh 2017-12-02 12:10:42

Ömür bəy, Sosial siyasəti çox alçaltdınız. İnflyasiyaya uyğun ehtiyac meyarı 249 manatdır. Büdcə müzakirəsi önü izlədiyim rəqəm isə 176-dır.

Sade Vetendas 2017-12-02 12:10:42

elede qururla deyir ki artacaq men deyim 10 fazi artacaq he ne olsun?!

BAKILI 2017-12-02 12:10:42

Ne qeder 4 manat lazim deyil get ....

GULU 2017-12-02 12:10:42

SƏLİM BƏY SƏNİN VTEK SƏDRİN NƏRƏDƏ YA? NƏ İSƏ GƏLİR NƏ NAZİRLİKDƏ TAPİLİR. YOXSA QAVALADİNİZ? BAX A İSİNDƏN OLARSAN..

Pensiyaçı-Müslümova 2017-12-02 12:10:42

Səlim Müslümov anlaya bilirmi ki,onun artım dediyi rəqəm ərzaq və istehlak mallarının qiymətlərinin nə qədər uyğunlaşır?Axı insanlar statistika Komitəsinin yalan rəqəmləri ilə yox,faktiki olan ölkədə sürətlə artan qiymətlərə görə əziyyət çəkir. Bunu Müslüm bəy anlamaq istəmirsə və ya anlaya bilmirsə necə və nə üçün bu qurumda işləyir? İndiki evladların işsizliyi halında ömrünün çox hissəsini işləyərək dövlətə vergi ödəyən pensiyaçıları niyə belə çıxılmaz vəziyyətə salır?

Mahir Əliyev 2017-12-02 12:10:42

Cənab Müslümov,oturub durub deyəcəksən ki,Azərbaycanda pensiya son 10 ildə 11 dəfə artıb.Səni görüm 11 metr suda ...

Hörmətlli Səlim bəy! 2017-12-02 12:10:42

SƏLİM BƏY! Sizdə həmişədə şəkilərdə bəzi adamlar kimi, ələrinizi yuxarıya çevirmısiniz....

NURəddin 2017-12-02 12:10:42

Bunlar pensiyaları infilyasiya ilə 35 faiz azaltmışdılar.İndi həmin 35 faizin 10 faizini geri qaytarmaq,özümüzdən özümüzə pay vermək hiyləsini düşünüb tapıblar.Adını da artım qoyublar.Hələ siz borcunuzu qaytarın sonra artımdan danışın.Cənab Müslümova 1-cə sualım var.Dünyanın ən hiyləgər maliyyəçilərini köməyə çağırsa da o bu suala cavab verə bilməz! SUALIM BELƏDİR:_CƏNAB NAZİR ZƏHMƏT OLMASA DEYİN,MƏN 2015-lərdə NEÇƏ DOLLAR PENSİYA ALIRDIM və2017-də SON ARTIMDAN SONRA NEÇƏ DOLLAR ALACAM?İNKİŞAFI MƏNƏ GÖSTƏR!

Son yazılar