PUTİN ƏN ÇOX NƏDƏN QORXUR? ÖZ XALQINDAN! – Milli Qvardiya onu qoruya biləcəkmi?

Vladimir Putin özünü haradasa Birinci Pyotr və İosif Stalin səviyyəsinə yaxın təsəvvür edərək, planet üzərində sankı siyasi Qoliaf kimi addımlayır. Hazırda Rusiya prezidenti həm Suriyada, həm də Ukraynada əzələ nümayiş etdirir, dünya isə bundan bərk təlaşa düşür.

1991-ci il Sovet İttifaqının dağılmasından sonra, incə manevrlərin köməyi ilə Putinin Rusiyanı qlobal əhəmiyyət daşıyan mövqeyə qaytardığına indi çox az adam şübhə edər. Putin Sovet İttifaqının dağılmasını ”əsrin ən böyük geosiyasi fəlakəti” adlandırmışdı.

O, hərb maşınının modernləşməsi və media texnologiyasının siyasi mübarizə silahına çevrilməsi üçün milyardlarla dollar sərf edib. Putin Rusiya tarixinin dərinliklərinə baş vuraraq, imicini gücləndirmək və hakimiyyətini möhkəmləndirmək üçün özünü 18-ci əsrin uğurlu hökmdarları Birinci Pyotr və Yekaterina ilə assosiasiya etməyə başladı. Bunlarla yanaşı Putin “ənənəvi dəyərləri”, inamı və vətənpərvərliyi önə çəkən Pravoslav kilsəsinin düşüncələrinə geniş yer ayırdı.

Öz ekspansiz liderlik xüsusiyyətini və cazibədar təsir imicini qabarıq şəkildə göstərməklə, Putin, təsadüflərə az yer qoyur. Xüsusi hallarda o, Rusiya tundrasında at üstündə çılpaq gövdə ilə gəzir və yaxşı anlayır ki, Rusiya xalqı bü cür güclü rəhbərə heyranlıq duyur. Amma doğrudanmı o bu cürdür? Putinin uğurları ümumi göstərişə çıxarıldığı bir vaxtda, onun qəzəb və məyusluq yaradan uğursuzluqları “arxa cərgə”yə itələnir.

İlk öncə iqtisadiyyatdan başlayaq. İqtisadiyyat neftin qiymətinin düşməsi və 2014-cü ildə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra staqnasiyaya uğrayıb.

Ölkənin müxtəlif yerlərində çoxsaylı tətillər keçirilir (Hökumət bunları qeyri-qanuni adlandırır). Bu qısa, spontan aksiyalar, fəhlə ürəklərindəki narazılığın artdığından xəbər verir. Bəzi hallarda hətta aylarla məvaciblər ödənilmir. Xidmət zamanı həlak olmuş ailə başçısının uşaqlarına maliyyə kompensasiyası təqdim olunmur, ancaq əvvələr bu öhdəlik kimi yerinə yetirilirdi.

Moskvanın Ukraynada qızışdırdığı üsyan pat vəziyyətindədir, lakin bu münaqişə Rusiya üçün bahalı iş olmaqda davam edir. Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsi həqiqətən də, ABŞ-ı çaşdırdı və Bəşər Əsədi xilas etdi. Ancaq bu, həmçinin münaqişənin ABŞ-ın iştirakı ilə genişlənə biləcəyi riski ilə də bağlıdır. Ruslar özlərinə sual verməyə başlayıblar: Bunu etməyə ehtiyac varmı?

Ancaq əgər ictimai rəy sorğusu Putinin populyarlığının 80% olduğunu göstərirsə, onda belə bir sual da meydana gəlir: narahat olmağa dəyərmi?

5 aprel 2016-cı il tarixində Milli Qvardiyanın yaradılması, əslində bu suala cavab verir. Həmin qurumun tərkibində 350 min nəfərin olduğu bildirilir. Milli Qvardiya yalnız Putinə tabedir və ona general Viktor Zolotov rəhbərlik edir. V.Zolotov uzun illər ərzində Putinin şəxsi cangüdəni olub. Əgər Zolotov öz ordusunu hərəkətə gətirməyə qərar verərsə, onda bunun üçün nə parlamentdən, nə daimi ordudan və ya hər hansı bir idarədən icazə istəməyə ehtiyac qalmayacaq. Ona yalnız Putinin göstəriş verməsi yetərlidir. Zolotov və onun ordusu yalnız müstəqil şəkildə fəaliyyət göstərirlər.

Maraqlıdır, görəsən Putinə nə üçün bu cür pretorian qvardiyası lazımdır? Axı, onun müasir və yaxşı təchiz olunmuş silahlı qüvvələri var. Bu adamı ətraflı öyrənmək, əminliklə onu deməyə imkan verir ki, rəy sorğusunun nəticəsinin necə olmasından asılı olmayaraq, Putin öz xalqı qarşısında dərin qorxu hissi keçirir. O, qorxur ki, hansısa anda xalq öz hökmdarına qarşı 100 il bundan öncəsindəki kimi üsyan qaldırar.

Bu cür üsyanlar onun öz tərcümeyi-halında mühüm yer tutur. 1980-ci illərin sonunda Drezdendə DTK-nın əməkdaşı işlədiyi vaxtda, Berlin divarının çökməsindən sonra qəzəbli almanlar kütlə halında Putinin xidmət göstərdiyi qərargaha hücum çəkməyə cəhd göstərmişdilər. Onda Putin təlimat üçün Moskvaya zəng etmişdi, ancaq telefonu götürən olmadığına görə, o, çarəsiz şəkildə rəsmi sənədləri yandırmaq istəmişdi. Baş verən hadisədən dərindən sarsılan Putin özünə söz verib ki, belə bir şey bir də təkrarlanmamalıdır...

Hakimiyyətdə olduğu zaman Putin digər xalq üsyanlarının şahidi olub. Ukraynada 2004-cü ildə baş verən rəngli inqlab onu qorxutdu, amma həmin vaxt o bu inqilabı yatırmaq imkanında deyildi.

2008-ci ildə Gürcüstan “partladı”. Bu dəfə Putin hərbi gücdən istifadə etdi. Ukrayna yenidən 2014-cü ildə baş qaldırdı və onda Putin Ukraynada baş verənlərin Rusiyaya da təsir göstərə biləcəyindən təlaşlanaraq, hərbi gücə əl atmaq qərarına gəldi. O, Krımı işğal etdi və daha sonra Ukraynanın şərqinə hücum çəkdi. Hələ indiyədək də orada münaqişə tüstülənməkdə davam edir.

Ola bilər ki, Putin beynəlxalq arenada qürurla çıxış edir, ancaq Milli Qvardiyanın varlığı onun siyasi uzunömürlüyünə şübhə ilə yanaşmağa sövq edir.

Çar İkinci Nikolayın da qvardiyası vardı və onu mühafizə adlandırırdılar. Həmin qvardiya rus hökmdarını 1917-ci ilə kimi qoruya bildi, sonra isə rus xalqı “bəsdir” dedi. Məhz bu Putinin yaxın gələcəkdə eşitmək istəmədiyi sözdür.

(“Time”-ABŞ)

635x100

Şərhlər

Rusun Qardaşı 2017-12-02 14:51:41

V.V.Putin sosializmə uyğun Rusiya iqtisadiyyatını Kremlin qlobal hərbi şöhrətinə xərcləməkdən qorxmalıdır. Heç biri iqtisadiyyatın göstəriş və zor olmadığını anlamaq belə istəmirlər.

Letif 2017-12-02 14:51:41

Ay taliv siz düz demisiz putin eclaf rusyanı düz 50il arxıya atdı ve etrafınla rusya xalqının servetni xarice daşıyıb o xalqına xeyanet edib

TALİS 2017-12-02 14:51:41

BUTUN POTSOVET OLKƏLƏRİ BU GUNDƏDİR. HAMİ BİNİN COKMESİNİ GOZLEYİR Kİ AĞ GUNƏ CİXSİNLAR...

Esas sebeb 2017-12-02 14:51:41

Rusiyada 350 min herbchisi olan Milli Qvardiya yalnız Putinə tabedir, chunki, Putin etrafindakilara etibar etmir, qabaqcadan tedbir gorub ki, Kremlde "ПЕРЕВОРОТ" olmasin. Eveller Chin Rusiyaya ad qoymushdu - "БУМАЖНЫЙ ТИГР". Rusiyada CHOX ZEIF IQTISADIYYAT ESAS SEBEB OLACAQ, Putin REJIMININ SON QOYULMASINA. Putinin 350 minlik Milli Qvardiyasi, Rusiyanin ZEIF IQTISADIYYATINA GORE, HOKMEN DAQILACAQ ve Putin hakimiyyetden KENAR EDILECEK . GUCLU IQTISADIYYAT - GUCLU FUNDAMENTE UYQUNDUR.

Taliw 2017-12-02 14:51:41

sizin deyesen kriwaniz ucub, ruslar bir yuz oz saqliqina vuranda ikisinde Putine borcludurlar, o olmasaydi indi rusiyada ruslarda yox idi, ne geldi yazmayin yazirsizsa duzun yazin

Kerem 2017-12-02 14:51:41

Ümumi milli lidermiz şah ismayıl xetayi demişdirki:o rehber xoşbext olurki her gün xalqının icinde olur o rehber bedbextdirki öznü xalqdan qorudub saraydan bayra cıxmır

Arif 2017-12-02 14:51:41

Azerbaycan hakimiyyetindeki bezi memurlar, Putine "ETIBAR" EDIRLER, AMMA OZ XALQINA ACHIQ - AYDIN IZAH ETMIRLER ki, HANSI ESASLARI VAR bu "ETIBARLIQA" ve HANSI "YAXSHILIQLARI" EDIB Putin Azerbaycan uchun ? Putin oz NATO ( ОДКБ ) sammitinde QETNAME qebul edib : Daqliq Qarabaqda ermenilerin - " xalqlarin oz muqeddaratini hell etmesi" ifadesini bir DUSHMEN kimi Azerbaycana qarshi QETNAME - de istifade edib. SUAL : Azerbaycan hakimiyyetinde, DUSHMEN Putine "ETIBAR" EDENLERIN MEQSEDI NEDIR ?

Vahid 2017-12-02 14:51:41

Bu yazıların icinde en düznü talis qardaş yazıb rusya deyişse bizde deyişib ag güne cıxı qarabagmızı agbag adınla geri alarıq

Son yazılar