“O CƏFƏNGİYYAT DANIŞIR” - Sərdar Cəlaloğlu rəsədxana direktorunu debata çağırdı

Serdar celalogluNəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov lent.az saytına açıqlamasında Qurani-Kərimlə bağlı fərqli fikirlər söyləyib.

N. Cəlilov bildirib ki, Quran böyük miqyasda bilgilərin sıxılmış formasıdır: “Yer üzündə xeyli sivilizasiyalar yaranıb və məhv olub. Onların biliyi yoxa çıxmayıb. Hansısa bir yolla özündən sonra gələn sivilizasiyalara ötürülüb. Ona görə deyirəm ki, Quranda olan biliklər bizdən əvvəlki sivilizasiyalar zamanı əldə olunmuş biliklərin sıxılmış formasıdır. Bu səbəbdən də biz onu asanlıqla oxuyub başa düşə bilmərik, hazırkı səviyyəmiz buna imkan vermir. Quranın göydən gəlməsi və ya başqa bir formada bizə ötürülməsi ilə bağlı əlimizdə heç bir sübut yoxdur. Kimsə inanır ki, onu bizə Allah göndərib, qoy elə də inansın. Və bu fikirlərə də hörmət edirəm”.

“Yeni Müsavat”a danışan dinə və fəlsəfəyə aid də əsərlərin müəllifi, ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, N. Cəlilovun fikirləri cəfəngiyatdır: “Mən bu alimi televiziyaların birində debata çağırıram. Gəlsin, o da fikirlərini desin, mən də sübut edim ki, Qurani-Kərim səmavi kitabdır. Azərbaycanda Qurani-Kərimlə bağlı diskussiyalar olmadığı üçün belə fikirlər söylənilir. Məsələn, Elşad Miri deyir ki, Quran müqəddəs deyil, Flora xanım söyləyir ki, axirət yoxdur, bu alim də belə. Elmi diskussiya lazımdır və alimi də çağırıram ki, gəlsin, söylədiklərini sübut eləsin. Quranın səmavi kitab olmaması və ya onun başqa bir mənbədən götürülməsi kimi fikirlərlə bağlı kitabın özündə də yazılıb. Qurani-Kərimdə Allah buyurur ki, onlar sənə deyirlər ki, sən bunu başqa adamdan öyrənmisən, onlar deyirlər, bu bir şeirdir, bunu sənə cinlər öyrədib və sairə. İnsanların Quranı şübhə altına alan bütün fikirləri elə bu kitabın özündə var. Onların da əqli və məntiqi cavabı var. Quranda Allah buyurur ki, kafirlər, bütpərəstlər sənə deyəcəklər ki, bu kitabda yazılanlar elə keçmişdəkilərdir və yeni heç nə yoxdur. İndi bax, bu alim də eyni fikri söyləyir. Quran nazil olanda Allah bilirdi ki, insanlar Qurani-Kərim haqqında belə danışacaqlar. Ona görə də belə ayələri nazil edib. Quranın səmavi kitab olmasını anlamamağın əsas səbəblərindən biri, ümumiyyətlə Quranın nə olduğunu bilməməkdir. Qurani-Kərim əxlaqla elmin vəhdətində, insanı dəyişdirən, sosiallaşdıran qeyri-adi vasitədir. Quranı əsl mənada başa düşən adam, onun təsirindən dəyişməyə başlayır. Bu da sosial proses olur. Quranda “iman gətirmə prosesi” deyirlər. Bu prosesdə olmayan heç bir alim Quran haqqında düzgün söz deyə bilməz. Məsələn, xalq hərəkatında iştirak etməyən adam, heç zaman bu hərəkat haqqında doğru fikir söyləyə bilməz. Azərbaycanda da belədir. İştirakçılar deyirlər ki, hərəkat olub, iştirak etməyənlər isə deyirlər ki, heç bir hərəkat olmayıb və SSRİ özü dağılıb”.

S. Cəlaloğlu qeyd edib ki, iman gətirənlərlə, gətirməyənlərin də Qurana münasibəti eyni ola bilməz: “Kimlər ki, Qurana iman gətirirsə, onlar açıq şəkildə görürlər ki, dəyişirlər. Dünyalara baxışı, mənəviyyatları dəyişir. İman gətirməyənlər isə belə düşünmürlər. Məsələn, Nuhun qissəsini oxuyurlar, başlayırlar sual verməyə ki, gəmi haradadır? Halbuki, Nuhun qissəsinin nə gəmiyə, nə dənizə heç bir aidiyyəti yoxdur. Bu, insanın, həyatın əmələgəlməsi ilə bağlı çox ciddi bilgilər verir. Sadəcə bilgilər bu şəkildə ifadə olunduğu üçün düşünürlər ki, yəqin qədimdə daşqın olub və gəmi axtarırlar. Bu, Qurani-Kərimi anlamamaqdan çıxan fikirlərdir. Bu alim deyir ki, Quran keçmiş sivilizasiyalardan gəlib. Yaxşı, bu hansı sivilizasiyadır? Dünya tarixində bütün sivilizasiyalara aid kitablar var. Məsələn, şumerlərdən gələn Gilqameş dastanı, yunanlardan gəlmə fəlsəfi kitablar var və sairə. İndi bu alim sivilizasiyasının adını desin görək nəyi deyir? Hər bir sivilizasiyadan nə gəlibsə, o, məlumdur və insanların əlindədir. Qurani-Kərimin o sivilizasiyalarla heç bir əlaqəsinin olmadığını bütün dünya alimləri bilir. 5-10 min il əvvəl olan sivilizasiyalar haqqında dünya tarixində biliklər var. Ondan əvvəl isə sivilizasiya olmayıb. Çox vaxt deyirlər ki, Misir piramidalarını başqa planetdən gələnlər tikib. Müəyyən bir həqiqəti bilməyəndə başlayırsan yozmağa. Allah deyib ki, insanların Qurana ehtimal və fərziyə ilə yanaşması onları yanlış yola aparır. Qurana yalnız sırf elmi baxımdan, sağlam ağılla yanaşmaq lazımdır. Əgər adam deyirsə ki, keçmiş sivilizasiyalardan gəlib, onda konkret deməlidir ki, məsələn, Qurani-Kərim skiflərin, şumerlərin, akkadların əsəridir. Deyə bilmirsənsə, sənin dediyin boş, cəfəng bir şeydir. Dünyanın bizə məlum olan ən böyük sivilizasiyaları Amerikada Mayya, Asiyada isə Misir sivilizasiyasıdır. Avropada belə bir sivilizasiya yoxdur. İndi buyur, göstər hansı sivilizasiyadır? Sən nə danışırsan? Qurandan 6 nəzəriyyə hazırlamışam, onun da ikisini Nobel mükafatı üçün göndərmişəm. Bu hansı sivilizasiyadır ki, orada insan ağlının müasir səviyyəsindən 10 min il qabaq yaşayan insanların ağlı üstün olub. Onda adama deyirlər ki, bəs bu inkişaf, tərəqqi harada qaldı? Əgər bizdən əvvəlki insanlar Qurandakı bilgiləri vermək qədər savadlı və ağıllı idisə, onda belə çıxır ki, bəşəriyyət geriyə inkişaf edir? Bütün insanların bu günə qədər əqli yolla əldə etdikləri bilik, Quranın verdiyi biliyin 100-də biri qədər deyil. Bu alim danışanda məsuliyyət hiss edir, ya yox? Fikirləş, gör nə danışırsan? Ona görə də onun fikirlərini cəfəngiyat sayıram. O alimə Qurandan 2 sual verərəm, onda bilinər ki, bu adam heç Quranı oxumayıb, anlaya bilməyib. O sadəcə olaraq Quranı Azərbaycanın nağıllarını oxuduğu kimi oxuyub. Bütün müsəlmanlar Yusif surəsini, Yusif və Züleyxanın dastanı kimi başa düşür. Bu alim də çox güman ki, o adamlardandır. Halbuki, Yusif surəsində insan, iqtisadiyyat, elmin yaradılmasının elmi şəkildə izahı var. Quranı anlamayanların günahı, onların özlərinin şüurunda, dünya görüşlərindədir. Çünki onlar Quranı adi bir kitab kimi oxuyurlar. Namaz qılmayıb, oruc tutmayıb, Allahın dediklərinə əməl etmirsənsə, Quranı anlaya bilməzsən. Quranda Allah buyurur ki, sizin dualarınız Allaha çatar, ancaq onu Allaha çatdıran sizin əməllərinizdir. Qurani-Kərimi o insanlar anlaya bilər ki, onların əməlləri Quranı anlamağa imkan versin. Bu cür savadsız elmi fikir hələ yoxdur. Dünya tarix elmində Quranın əvvəlki sivilizasiyalardan gəlməsi ilə bağlı bir alimin, tədqiqatçının fikrinə rast gələ bilmərsən. Çünki hamı bilir ki, keçmiş sivilizasiyaların dini inancları nələr idi. Qurani-Kərim hansı cümləsinə görə əvvəlki sivilizasiyanı özündə əks etdirir? O alimin dedikləri öz ağlının dərəcəsini göstərir. Bir alim kimi sübut edir ki, o, oxuduğunu anlamayan bir insandır”

635x100

Şərhlər

AAgahuseyn 2017-12-02 15:24:15

DAD yaımcıq əlindən.Yəqin o alim də 90-cı illərin məhsuludur.Q dövrün sürücüləri harda maşın sürsə elə bilirlər yol onlarındır cünkü oxumayıblar.Qurani-Kərim hansı cümləsinə görə əvvəlki sivilizasiyanı özündə əks etdirir? Özünü yorma SƏRDAR müəllim.O dövrün alimləri bilməz ...

Bashirov Qarib 2017-12-02 15:24:15

men ,Serdar beyin savadina, felsefi dunyagorushune hemishe heyran olmusham.Chox teessuf ki, bu kimi insanlarin chixish etmesi uchun televiziya kimi genish auditoriyasi yoxdur.Neyi bilirse , onu da mukemmel bilir.

Bəhram Nuh 2017-12-02 15:24:15

Yarım əsrlik müşahidəm göstərir ki, mülkü və geosiyasi üstünlük naminə din və tarixdən çox sui istifadə edilir. Dini qəbul edən şəxs digər (siyasi) əqidəyə dönməz. Qurani-Kərim Allahın rəsulu Məhəmmədə nasil etdiyi təriqət üsuludur. Nobel namizədinin Quranın nazili və Şahmat tarixi haqda fikri maraqlıdır. DQarabağın müdafiəsinə qalxmış hərəkatın öz dövləti üzərinə dönməsi də maraqlıdır. SSRİ-ni öz rəhbəri buraxdı və respublikalar(SSRİ-MDB) Azərbaycan da daxil olmaqla Kremldən daha çox asılıdır.

NURəddin 2017-12-02 15:24:15

Mənim üçün Sərdar Cəlaloğlu bütün sualların cavabı deməkdir. Onunla debata çıxmaq hər oğulun işi deyil.

rasim 2017-12-02 15:24:15

Bu "alim" R.Rizayevin bacısını alandan sonra, müxbir üzv seçilib, Rəsədxanaya müdir təyin edilib. Gələn seçkidə akademik olacaq....

zaza 2017-12-02 15:24:15

cox duz oktay bey

Oqtay 2017-12-02 15:24:15

Din kütləni itaətdə saxlayıb istismar etmək üçün ağıllı insanlar tərəfindən düşünülmüş alətdir.Məhəmməd də ən zəkalı,ağıllı insan olub öz ölkəsinə HƏCC ziyarəti düşünüb və vaxtı ilə xurma və dəvədən başqa heç bir gəliri ölmayan ölkəsinə bu gün də milyardlar qazandırır Bütün hökmüranların və tiranların yaxın ətrafında yüksək din xadımləri olub və var ancaq onlar xalq üçün heçnə etməyiblər və etmirlər yalnız öz xeyrinə çalışırlar.Axirət dediyiniz də istismar elminin bir qoludur Bu mənim fikrimdir

Əbülfəzldən RASİMƏ və CƏLALIN OĞLUNA 2017-12-02 15:24:15

"Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lə´nət etməsini diləyək!" Rasim razısan?

Rehim 2017-12-02 15:24:15

Namiq Celilov heqiqi alim olsaydi faktlara danışardı. Nece yəni Quran biliklerin sıxılmış kitabıdır, hansı biliklerin? Din haqqında bilmirsen danışma. Quran ele kitabdı ki heç bir beşer onu yaza bilmez. Quran Allahın vehyidir.

Son yazılar