"Qəlbən müsəlmanam və müsəlman olaraq da öləcəyəm" - Mayk Tayson

"İslam dini mənə kömək etdi. Qəlbən müsəlmanam və müsəlman olaraq da öləcəyəm".

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu əfsanəvi boksçu Mayk Tayson Almatıda keçirilən "Synergy Global Forum"da çıxış edərkən deyib.

M.Tayson həmçinin özü, dəyərləri, uşaqlara münasibəti barədə danışıb: "Əlbəttə, səhvlər edirəm, amma bu, məni doğru yola yönəldir. Doğru adamlara güvənməmişdim. Bu, mənim səhvim idi, çünki onları həyatıma buraxmışdım, bunu etməməliydim. Həyatına kimi buraxmağının məsuliyyəti insanın özündə olur. Səhv edirsinizsə, hər şeyə yenidən başlamaq lazımdır".

O qeyd edib ki, həyatda ən böyük qazancı övladlarıdır: "Dəyərlərimə gəlincə, birincisi, uşaqlarımın qayğısına qalmaqdır, onların xoşbəxtliyinə görə məsuliyyət daşıyıram, ikincisi, dürüstlükdür, üçüncüsü isə edə biləcəyim hər şeyi etməkdir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar