“Qazprom” Türkiyəyə qaz ixracını 20,4 % artırıb

QazpromRusiyanın “Qazprom” qaz şirkəti 2017-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə ixrac olunan qazın həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 % artırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin məlumatında bildirilib.

Məlumata görə, şirkət Yunanıstana qaz ixracını 11,6% , Bolqarıstana - 6,8%, Macarıstana - 22,3%, Serbiyaya - 26,1% artırıb.

Ümumilikdə, “Qazprom” qazın uzaq xaricə ixracının həcmi qeyd olunan dövr ərzində 8,3% (175 mlrd. kubmetr) artırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar